Rusiya ordusuna məxsus yük qatarı partladılıb
Ukraynaya raket hücumu: Ölən və yaralananlar var
Sabahın havası açıqlandı
Qazaxıstan Prezidentindən təbrik teleqramı
Erməni qadınlara ABŞ səfirliyindənXƏBƏRDARLIQ
Qurban Qurbanov Benzia ilə bağlı açıqlama verib
Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb
Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb


22.09.2019  14:49 

Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə icazə verildi





A+  A-

Bu gün səhər saat 8:00-dan etibarən Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi tərəfindən Azərbaycanın ərazi sularında Azərbaycan və xarici bayraq altında üzən gəmilərin hərəkətinə, limanlara giriş çıxışına icazə verilib.
Dövlət Dəniz Agentliyinin mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, hazırda dənizdə küləyin sürəti 15-18 metr saniyədir.

Axşama doğru küləyin sürətinin azalaraq 11-12 metr saniyə olacağı bildirilir. Dənizdə dalğanın hündürlüyü 1,5-2 metr arasındadır. Güclü külək ərəfəsində isə dənizdə heç bir problem yaşanmayıb.

Qeyd edək ki, dünən hava proqnozu Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə daxil olan andan etibarən gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı təlimatlandırılıb. Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran və hərəkətdə olan gəmilərə NAVTEX və digər rabitə əlaqəsi vasitəsilə məlumatlar ötürülüb, müvafiq təlimatlar verilib. Gəmilərin təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması təmin edilib.

Xəbər 1239 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.05.2025  12:51 

Sabahın havası açıqlandı

25.05.2025  01:46 

Tovuzda yol qəzası baş verib

24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!


BÜTÜN XƏBƏRLƏR +