“Özsüt“də müştəriləri aldadırlar? - ŞİKAYƏT
Xəbərdarlıq: Maskalardan istifadə edin
Attestatlar üçün pul tələb olunmur - AÇIQLAMA
“Azercell” xalqı saymır, ciblərə girir... - Politoloq
“Azercell”ə ETİRAZ - Haştaq yaradıldı
Evləri sökülən sakinlər narazıdır - Nə qədər pul verilir?
Spiker Rusiyaya qarşı sərt sanksiyaları dəstəkləyib
Baş həkimi öldürmək istədilər - Azərbaycanda
Qeyri-sabit hava şəraiti bu vaxtadək davam edəcək
İran “qırmızı xətlərinin” sayını artırır - Politoloq


18.08.2018  12:54 

Xarici dövlətlərə agentlik edən 118 nəfər aşkarlanıb





A+  A-

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev “Azərbaycan” qəzetinə müsahibəsində son illər rəhbərlik etdiyi sahəyə dövlətin qayğısı və mütəxəssislərin inkişafından danışıb.
XəzərNews.az-ın verdiyi xəbərə görə, general E.Quliyev bildirib ki, son 15 il ərzində Azərbaycan sərhədçiləri tərəfindən 8 min 797 sərhəd pozucusu, 135 min 91 nəfər rejim pozucusu, 28 min 935 nəfər axtarışda olan şəxs saxlanılıb. Təxmini dəyəri 126 milyon manat olan qaçaqmalın, o cümlədən 4 ton 266 kq narkotik vasitələrin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb, 331 ton narkotik mənşəli bitki kolu aşkar olunaraq məhv edilib.

Bu illər ərzində Dövlət Sərhəd Xidməti tərəfindən Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkarlanması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində xarici xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilən 18 nəfər və əlaqədə şübhəli bilinən 79 nəfər Azərbaycan, 21 nəfər xarici vətəndaş aşkar olunub, terrorçuluğa qarşı mübarizə çərçivəsində 88 şəxs saxlanılıb, 375 nəfərin şəxsiyyəti müəyyən edilib. Qanunsuz miqrasiya, qaçaqmalçılıq, o cümlədən narkotik qaçaqmalçılığı ilə məşğul olan 136 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.

Xəbər 1090 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.06.2025  09:58 

Qanunsuz tikinti sökülüb -Fotolar

02.06.2025  14:54 

Rusiyada 41 təyyarə vurulub


BÜTÜN XƏBƏRLƏR +