Əli Nur Fizuli Hüseynovu polisə şikayət edib
13 yaşlı məktəblini vuran məmur oğlu saxlanıldı
Hərbi qulluqçumuz minaya düşüb - Rəsmi
Prezident BƏƏ-dən olan iş adamlarını qəbul edib
Brüsseldə Ramstein görüşü baş tutacaq
Xəzər Universitetində tələbə bıçaqlanıb
Ordumuz Xəznəvara atəş açmayıb - Rəsmi
Elgünün ölüm səbəbi açıqlandı - RƏSMİ
Rövşən Qurbanov həbs edildi
“Bu görüntülər məni məhv etdi”-Xoşqədəm


11.06.2018  10:37 

“Qubanın icra başçısı daşı daş üstə qoymadı” - Vahid Əhmədov





A+  A-

"Qubanın icra başçısı var idi, işlədiyi dövrdə daşı daş üstə qoymadı. Çox ciddi nöqsanları var idi, mən rəhbərliyə bir neçə dəfə dedim ki, problem yarana bilər. Ona görə də rəhbərlik qərar qəbul etdi. İndi Qubaya təzə icra başçısı gəlib, Ziyəddin Əliyev”.
XəzərNews.az xəbər verir ki, bunu yeni müsavat-a açıqlamasında deputat, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Prezidentin icra başçılarını dəyişməsi ilə bağlı son sərəncamlarını şərh edən deputat icra başçıları bölgə əhalisinin həyatında böyük rol oynayır. "İcra başçıları çalışmalıdırlar ki, rayonda iş yeri açılsın, investisiyalar qoyulsun. Onlar mərkəzi aparatlarla, nazirliklərlə işləməlidirlər”.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinatın olmamasına münaassibət bildirən millət vəkili deyib: "Yəqin, təyin olunacaq. Ola bilər cənab prezidentin özünün fikri var. Mən çox istərdim ki, Bakıda mer seçkisi keçirilsin və Bakı böyük şəhər bələdiyyəsi olsun. Çünki Bakı artıq elə inkişaf mərhələsinə gəlib çatıb ki, buna böyük ehtiyac var. Bundan başqa, merin seçki yolu ilə seçilməsinə getmək olar. Yəqin ki, bu məsələlərə dövlətimiz tərəfindən baxılır. Cənab prezident elə bir şəxsi təyin etmək istəyir ki, Bakının gözəlliyi, inkişafı davamlı olsun”.

Xəbər 2046 dəfə oxunub.




29.05.2025  11:38 

Rövşən Qurbanov həbs edildi

29.05.2025  07:07 

Fransanın məşhur manyakları...


BÜTÜN XƏBƏRLƏR +