Erməni qadınlara ABŞ səfirliyindənXƏBƏRDARLIQ
Qurban Qurbanov Benzia ilə bağlı açıqlama verib
Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb
Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham


12.02.2018  10:26 

Metro stansiyasının adı dəyişdirilir? – RƏSMİ AÇIQLAMA





A+  A-

1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul olunub. Ölkəmiz müstəqillik qazandıqdan sonra SSRi-yə məxsus adlardan imtina etməyə, suverenliyimizi göstərən adlara üstünlük verməyə başlayıb.
Amma hələ də bəzi yerlərdə, xüsusislə “Bakı Metropoliteni” QSC-yə məxsus stansiyalarda sovet dönəminin xatiələrini daşıyan adlar qalmaqdadır. Bunun bariz nümunələrindən biri metronun “Xalqlar Dostluğu” stansiyasıdır.

“Xalqlar Dostluğu” stansiyası "Bakı Soveti-Əhmədli" yol mənzili sahəsində "Əhmədli" stansiyası ilə eyni gündə açılıb. Sovet hakimiyyəti dövründə açılan son iki stansiyadan biridir. Onun açılışı Sovet hakimiyyətinin tənəzzülə uğradığı dövrün milli zəmində münaqişələrin get-gedə vüsət aldığı bir dövrə təsadüf edir. Sovet və Respublika rəhbərliyi bu yolla dövrün ictimai-siyasi və sosial hadisələrinə reaksiya verərək, sanki artıq geriyə yolu olmayan prosesləri bərpa etmək istəyirdi...

Sosial şəbəkələrdə gedən müzakirələrdə Bakı metrosunun bu stansiyasının adının dəyişdirilməsi ilə bağlı fikirlər səsləndirilirş

Maraqlıdır, hazırda stansiyanın adının dəyişdirilməsi gündəmdədirmi?

XəzərNews.az-ın məlumatına görə, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhəri Nəsimi Paşayev Modern.az-a deyib ki, hazırda belə bir məsələ gündəmdə deyil.

Xəbər 2696 dəfə oxunub.




25.05.2025  01:46 

Tovuzda yol qəzası baş verib

24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi


BÜTÜN XƏBƏRLƏR +