İranın ali lideri Azərbaycandakı ofisinin fəaliyyətini bərpa edir
Fransalı vəkil İran XİN-ə çağırıldı
12 nəfər gəlməyib, köçürmə isə...
Rusiya ordusuna məxsus yük qatarı partladılıb
Ukraynaya raket hücumu: Ölən və yaralananlar var
Sabahın havası açıqlandı
Qazaxıstan Prezidentindən təbrik teleqramı
Erməni qadınlara ABŞ səfirliyindənXƏBƏRDARLIQ
Qurban Qurbanov Benzia ilə bağlı açıqlama verib
Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb


25.12.2017  11:34 

Boşanma zamanı ipotekada olan mənzil necə bölünür?





A+  A-

Azərbaycanda son illərdə boşanan ailələrin sayı artmaqda davam edir. Boşanmalar zamanı ən çox mübahisəyə səbəb olan və məhkəmə salonlarına daşınan mövzular uşaqların və əmlakın bölüşdürülməsidir. Bu dəfə isə problemli əmlakın bölünməsi müzakirəyə səbəb olub.
XəzərNews.az-ın verdiyi xəbərə görə, vətəndaşlardan biri sosial şəbəkədə fəaliyyət göstərən “Hüquqşünaslar” qrupuna müraciət edərək ipotekada olan mənzilin boşanma zamanı necə bölüşdürülməsi, boşanmadan sonrakı müddətdə banka olan kredit borcunu kimin ödəyəcəyini soruşub: “Birgə nikah dövründə ipoteka ilə alınan ev boşanmadan sonra məhkəmə qaydasında necə həll olunur? Çünki 3 ildir kredit ödənib, hələ 16 il qalır”.

Hüquqşünaslar bu məsələnin bir neçə variantda həlli olduğunu bildiriblər.

Əmlak nikah dövründə alınıbsa, ərlə arvadın ümumi birgə mülkiyyətidir. Bu vaxta qədər ödənilən məbləğ də birgə təsərrüfatdan sayılır. Boşanma zaman ən asan çıxış yolu budur ki, məsələn ər bugünə kimi ödənilən pulun yarısını arvada ödəyir və ev kişiyə qalır. Təbii ki, kreditin qalan hissəsini də ər ödəyir. Yaxud da əksinə olur. Bu ərlə arvadın öz arasında razılığa gəldiyi variantdır. Əgər tərəflər razılığa gələ bilməsə, çıxış yolunu məhkəmə müəyyən edir. Təcrübədən bəllidir ki, çox vaxt məhkəmə kreditin boşanmadan sonra da hər iki şəxs tərəfindən yarıbayarı ödənilməsinə qərar verir. Əmlak bankda yüklü edildiyi üçün isə kredit tam ödənilməyincə bölünməsi mümkün deyil.

Bəs ailənin uşağı da varsa, o zaman şərtlər dəyişirmi?

Boşanmadan sonra uşaq ana ilə qalırsa, o məhkəmədən tələb edə bilər ki, uşağın atası kredit üzrə aylıq məbləğin yarısını yox, 3-də iki hissəsini ödəsin. Həmçinin uşaq ata ilə qalarsa, o da oxşar tələb ilə çıxış edə bilər.

Xəbər 1645 dəfə oxunub.



26.05.2025  00:08 

“Səs”in qalibi o oldu

25.05.2025  12:51 

Sabahın havası açıqlandı

25.05.2025  01:46 

Tovuzda yol qəzası baş verib

24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!


BÜTÜN XƏBƏRLƏR +