Qurban Qurbanov Benzia ilə bağlı açıqlama verib
Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb
Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham
Allah mənə çatmadı!


03.04.2025  10:35 

4 il sonra 2 milyon dolları ala bildik - Məhkəmə





A+  A-

Müdafiə Nazirliyinin sabiq işçisi Zahid Niftəliyevin 42 milyon manatlıq mənimsəmədə ittiham olunması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

XəzərNews.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrlik etdiyi prosesdə şahid qismində çıxış edən Yalçın Ələkbərov deyib ki, rəhbəri əcnəbi olan "R.S" şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsində işləyib:

"İşlədiyim şirkət tenderdə qalib gəlib və hərbi hissədə yataqxananın tikilməsini həyata keçirib. Şirkətin rəhbəri H.L. olub və o, həm Azərbaycanda, həm də İngiltərədə olub. Müdafiə Nazirliyi ilə müqaviləmiz olub. Razılaşmaya əsasən, işin əvvəlində 440 min manat pul köçürüldü. Daha sonra puldan 2 milyon dollar qalıb və həmin pulun köçürülməsində problemlər yarandı. Bununla bağlı məhkəmə çəkişməmiz oldu, 4 ildən sonra qalib gəldik. Həmin pulun məhkəmə qərarı ilə alınması mümkün oldu".

Daha sonra şahidin ibtidai istintaqa verdiyi ifadə elan olunub. Həmin ifadədən məlum olur ki, tikinti işlərinin görülməsi üçün müqavilənin dəyəri 7 milyon dollar olub. İfadədə qeyd olunub ki, Goranda hərbi hissədə yataqxananın tikilməsi və digər təmir işlərinin görülməsi nəzərdə tutulub.

Daha sonra Zahid Niftəliyevin vəkili Əli Adıgözəlov vəsatətlə çıxış edib. Vəkil Zahid Niftəliyevin 2015-ci ilin 14 aprel, 15 iyul, 3 dekabr, 2016-cı ilin 25 fevral, 7 mart, 15-24 iyun, 30 iyul, 22, 27 və 29 dekabr tarixlərində telefon danışıqlarının, onun əhatə dairəsinin müəyyən edilməsi üçün mobil operatora sorğu verilməsini istəyib.

Hakim bildirib ki, bu məsələyə növbəti iclasda münasibət bildiriləcək.

Məhkəmə prosesi mayın 7-də davam edəcək.



Xəbər 3380 dəfə oxunub.




24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi


BÜTÜN XƏBƏRLƏR +