“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


07.07.2021  16:49 

Haiti Prezidentinə qarşı sui-qəsdin - Videosu





A+  A-

Haiti Prezidenti Jovenel Moizə qarşı həyata keçirilən sui-qəsdin videosu yayılıb.
XəzərNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, kadrlarda Haiti Prezidentinin yaşadığı iqamətgahın ətrafında bir qrup silahlı şəxsin dolaşdığı görünür.

Videonun ikinci hissəsində atəş səsləri eşidilir.

Ölkənin Baş naziri vəzifəsini icra edən Klod Cozefin mətbuata verdiyi məlumata əsasən, Moizin iqamətgahına gecə hücum edilib. Basqın nəticəsində, dövlət başçısı Jovenel Moiz və həyat yoldaşı Martin Moiz ölümcül yaralanıb. Martin Moiz ilk başda yaralı olsa da, daha sonradan o da dünyasını dəyişib.

Hücum edən şəxslərin bəzilərinin ispan dilində danışdığı bildirilir. Halbuki Haitinin rəsmi dilləri Haiti kreol və fransız dilləridir.

Klod Cozef ölkədə vəziyyətin nəzarət altında olduğunu vurğulayıb.

Qeyd edək ki, J. Moiz 2017-ci ildən Haitiyə rəhbərlik edirdi. Bu, ona qarşı təşkil edilən ilk sui-qəsd cəhdi deyil. Belə ki, cari ilin fevral ayında polislər dövlət çevrilişinin və ölkə rəhbərinə qarşı sui-qəsdin qarşısını almışdı.



Xəbər 5423 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +