Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


17.08.2020  15:23 

Liseylərə qəbul imtahanları keçirilir





A+  A-

Avqustun 17-dən Təhsil Nazirliyinin birbaşa tabeliyində olan lisey və gimnaziyalara qəbul imtahanları başlayıb.
XəzərNews.az xəbər verir ki, imtahanlar avqustun 26-dək davam edəcək.

Qəbul imtahanlarında 8000-ə yaxın şagirdin iştirakı gözlənilir. V-IX-cu sinif şagirdləri arasında keçirilən imtahanlar Bakı şəhərində Fizika, riyaziyyat və informatika təmayüllü lisey, Kimya-biologiya təmayüllü Respublika liseyi, S.C.Pişəvəri adına Humanitar fənlər gimnaziyası, S.Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziya, S.Rüstəm adına Xarici dillər təmayüllü gimnaziya və A.S.Makarenko adına humanitar fənlər təmayüllü gimnaziya, eləcə də, Gəncə və Qubada yerləşən Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyi, Şirvan və Şəki şəhərlərində yerləşən Kimya-biologiya təmayüllü Respublika liseyi üzrə təşkil olunacaq.

Şəmkir rayonu Kimya-biologiya təmayüllü Respublika liseyinə qəbul imtahanının sentyabrın ilk həftəsində keçirilməsi planlaşdırılır.

İmtahan zamanı şagirdlər Azərbaycan dili və riyaziyyat fənləri ilə yanaşı, məntiqi təfəkkürünün yoxlanılması üçün qapalı test tapşırıqlarını cavablandıracaqlar. Yuxarı sinif şagirdlərinə əlavə olaraq fizika və kimya fənləri üzrə tapşırıqlar təqdim olunacaq.

İmtahanlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair” metodiki göstərişləri nəzərə alınmaqla imtahan iştirakçıları üçün hazırlanmış təlimata uyğun təşkil ediləcək.

İmtahana gələn şagirdlərin buraxılış vərəqlərində qeyd olunan vaxtda imtahan təşkil edilən mərkəzdə olmaları xahiş olunur. Şagirdlər tibbi maskada olmalı, şəxsiyyəti təsdiq edən sənədin əslini və buraxılış vərəqini özləri ilə gətirməlidirlər.



Xəbər 1851 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +