Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


15.08.2020  14:11 

Milli Məclis uşaqpulu məsələsini müzakirə edəcək





A+  A-

Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsi payız sessiyasında bir neçə sosial xarakterli məsələ üzrə dinləmələr keçirməyi planlaşdırır.
XəzərNews.az bildirir ki, bu barədə Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Əli Məsimli deyib. Onun sözlərinə görə, Milli Məclisə seçkilər zamanı görüşlərdə əhalinin qaldırdığı məsələlər arasında uşaqpulu məsələsi xüsusi yer tutub:

"Ona görə də Milli Məclisin istər yaz sessiyasında, istərsə də ondan sonra keçirilən növbədənkənar sessiyalarında uşaqpulu məsələsi deputatlar tərəfindən ən çox qaldırılan məsələlərdən birinə çevirildi. Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsi payız sessiyasında bir neçə sosial xarakterli məsələ üzrə dinləmələr keçirməyi planlaşdırır. Həmin dinləmələrdən biri də uşqapulu məsələsinə həsr olunacaq”.

Əli Məsimli bildirib ki, müzakirədə qeyri-hökumət təşkilatları və gigər ekspertlər də iştirak edəcək:

"Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev tərəfindən həm parlamentdə, həm də mətbuatda səsləndirilən fikirlərə istinad edərək demək olar ki, payızda qeyri-hökumət təşkilatlarını və gigər ekspertləri də dəvət etməklə, dinləmə şəklində, ya da İşçi Qrup yaradıb araşdırma aparmaqla həmin sosial xarakterli məsələlərə, o cümlədən uşaqpulu məsələsinə də baxılacaq”.

Xəbər 2432 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +