“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


17.02.2020  11:23 

Badamdardakı uçqununun səbəbi AÇIQLANDI





A+  A-

Fevralın 16-da axşam Badamdar qəsəbəsində baş verən hadisə sürüşmə deyil, uçqundur.
XəzərNews.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov bildirib.

Onun sözlərinə görə, bu gün səhər əraziyə baxış keçirib: "Hadisə nəticəsində eni 20 metr olan torpaq kütləsi yamacdan qoparaq yolun üzərinə tökülüb. Hadisə antropogen amillər nəticəsində baş verib".

S. Əmiraslanov deyib ki, həmin ərazidə 3 yaşayış evi yerləşir: "Torpaq kütləsi bu evlərdən birinə, ümumiyyətlə, çatmayıb, ikinci evə dirənib. Yalnız bir evin divarlarında deformasiyalar əmələ gəlib".

Qeyd edək ki, fevralın 16-da Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massiv, ev 179 C ünvanında torpaq sürüşməsi baş verib. Sürüşmə nəticəsində 1 ev zədələnib. Sürüşmədən yaranan torpaq qatı yolu kəsib.

Xəbər 1679 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +