“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


02.01.2019  10:17 

Nəqliyyat sistemi ilə bağlı prezidentdən - Göstəriş





A+  A-

Nəqliyyatı İntellektual İdarəetmə Sisteminin fəaliyyəti təkmilləşdiriləcək və genişləndiriləcək.
XəzərNews.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda deyilir.

Qeyd olunur ki, mövcud beynəlxalq təcrübəyə uyğun olaraq Nəqliyyatı İntellektual İdarəetmə Sistemi təkmilləşdiriləcək, Bakı şəhərinin inzibati ərazisində Nəqliyyatı İntellektual İdarəetmə Sisteminin imkanlarından daha səmərəli istifadə olunacaq və onun əhatə dairəsi tədricən respublikanın əsas avtomobil yolları üzrə genişləndiriləcək.

Bundan başqa, Bakı şəhərində və ölkənin digər iri şəhərlərində yol hərəkətinin təşkili, nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz hərəkətinin təmin edilməsi ilə əlaqədar işlərin koordinasiyası məqsədilə təkliflər hazırlanması nəzərdə tutulur.



Xəbər 1193 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +