Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


15.04.2025  14:35 

Paşinyan sülhdən danışdı





A+  A-

Bakı sülh sazişinin imzalanması kontekstində Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olması iddiasını irəli sürür.

XəzərNews.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 15-də Milli Assambleyanın iclasında hökumətin 2024-cü il üçün proqramının (2021-2026-cı illər) icrasının gedişi və nəticələrinə dair hesabatın təqdimatı zamanı deyib.

“Düşünürəm ki, bu müraciət ətrafında düzgün mövqe tutmaq üçün, ilk növbədə, Azərbaycanın bu məsələni bir sıra ekspertlərin hesab etdiyi kimi, sülh sazişini imzalamamaq üçün bəhanə kimi deyil, səmimi narahatlıq kimi qaldırması versiyasından çıxış etməyə çalışmalıyıq. Respublika Konstitusiyası, yəni Konstitusiya Məhkəməsi Konstitusiyada nələrin olduğunu və nəyin olmadığını rəsmi şəkildə deyə bilən orqandır. 2024-cü ilin sentyabrında Konstitusiya Məhkəməmiz delimitasiya və demarkasiya komissiyalarının birgə fəaliyyəti haqqında əsasnaməni nəzərdən keçirərək bildirmişdir ki, Alma-Ata Bəyannaməsi iki ölkə arasında sərhədin demarkasiyası prinsipi kimi qeyd olunur. Bu o deməkdir ki, Konstitusiya Məhkəməmiz qeyd etmişdir ki, Alma-Ata Bəyannaməsinə əsasən, müstəqil Ermənistanın ərazisi Sovet Ermənistanının ərazisi ilə, müstəqil Azərbaycanın ərazisi isə Sovet Azərbaycanının ərazisi ilə eynidir, bunun əsasında tərəflərin 2022-ci ilin oktyabrında Praqada münasibətləri tənzimləmək barədə razılığa gəlmişlər, bu bəyanat Ermənistan Respublikasının Konstitusiyasına tam uyğundur. Və təbii olaraq müəyyən edilib ki, Ermənistan Konstitusiyasında nə Azərbaycana, nə də başqa ölkəyə qarşı ərazi iddiaları yoxdur”, - Paşinyan bildirib.



Xəbər 1449 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +