Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


01.11.2023  11:46 

Paşinyan Qarabağ atəşkəs bəyanatının 9-cu maddəsindən imtina edir?





A+  A-

Ermənistanın gündəlik “Hraparak” saytı yazır ki, Nikol Paşinyan yaxın ətrafına deyib ki, o, 2020-ci ilin 9 noyabrında imzalanmış Qarabağ atəşkəs bəyanatının 9-cu maddəsindən imtina etmək fikrindədir.

9-cu maddədə belə deyilir: ”Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir”.

Elə bu səbəbdən də Ermənistan Milli Təhlükəsizlik Xidmətində xüsusi bölmə yaradılır. Bu bölmə bölgədə yük daşınmalarına nəzarət edəcək...

Bu, Rusiya üçün nə deməkdir?

Yəni Rusiya Zəngəzurdan keçəcək yola nəzarət etməyəcək.

Bəs, Azərbaycan üçün nə deməkdir?

Yəni Zəngəzur dəhliz kimi yox, adi kommunikasiya xətti kimi çalışacaq.

Həmin kommunikasiya da Ermənistanın nəzarəti altında olacaq...

Rusiya və Azərbaycan, mən hələ Türkiyəni demirəm, bununla razılaşacaqmı?

Məncə, yox.

Bəs, bu nə deməkdir?

Hərbi müstəvidə gərginlik davam edəcək...

Elbəyi Həsənli

Xəbər 2462 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +