Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


26.03.2023  09:09 

Bazarda pulemyot satarkən həbs edildi - Foto





A+  A-

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində satış məqsədi ilə "Kalaşnikov" pulemyotunu əldə edib saxlamaqda şübhəli bilinən şəxs cinayət məsuliyyətinə cəlb edilib.

XəzərNews.az DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupuna istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə qanunsuz olaraq satış məqsədi ilə silah-sursat əldə edərək saxlamaqda şübhəli bilinən rayon sakini Səyyaf Həsənov tutulub.

Ondan texniki cəhətdən işlək və atəşə tam yararlı "PK" markalı pulemyot, həmin silaha məxsus 7,62 çaplı 98 ədəd patron və 1 ədəd patron lenti aşkar edilərək götürülüb.

Faktla bağlı Bərdə RPŞ-də Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə S.Həsənov barəsində həbs qətimkan tədbiri seçilib.



Xəbər 2381 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +