Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


08.04.2021  09:23 

Bu ölkədə karantin tədbirləri sərtləşdirildi





A+  A-

Argentina hökuməti koronavirusa yoluxma hallarının artması səbəbindən karantin tədbirlərini sərtləşdirmək və gecə saatlarında sakinlərin sərbəst hərəkətini qadağan etmək qərarına gəlib.
XəzərNews.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Prezidenti Alberto Fernandes bildirib.

“Biz bütün ölkədə tətbiq olunacaq bir sıra tədbirləri təsdiqlədik. Bundan əlavə, epidemiya təhlükəsi yüksək və orta səviyyədə olan ərazilər üçün ayrı-ayrı tədbirlər olacaq”, - o, videomüraciətdə deyib.

Prezidentin sözlərinə görə, bütün ölkədə qrup şəklində turist səfərləri, 20-dən çox insanın iştirak etdiyi toplantılar, qapalı məkanlarda 10-dan çox insanın olduğu halda kazinonun işi və idmanla məşğul olmaq qadağan ediləcək. “Bar və restoranlar 23:00-dan gec olmayaraq bağlanacaq. 00:00-06:00 arası küçələrdə hərəkət etmək qadağan olunacaq”, - Fernandes bəyan edib.

Yeni məhdudiyyətlər azı üç həftə qüvvədə olacaq.

İndiyədək ölkədə koronavirusa 2 450 068 nəfər yoluxub, 56 832 xəstə pandemiyanın qurbanı olub.

Xəbər 3183 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +