Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?
Kimlərə əsgərlikdən möhlət hüququ veriləcək?
65 yaşlı fəhlə faciəvi şəkildə öldü


27.01.2020  14:09 

Bakıda silahlı şəxslər saxlanıldı





A+  A-

Bakıda 2 nəfər silahlı şəxs saxlanılıb.
XzəərNews.az DİN-ə istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Nicat adlı şəxsin üzərində qanunsuz olaraq silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs, paytaxt sakini Nicat Nəsirov tutularaq istintaqa təqdim edilib. Onun idarə etdiyi “Daewoo Gentra” markalı avtomobilə baxış zamanı sandıqçasında 6 ədəd patron olan 1 ədəd “Steçkin” markalı tapança və 1 ədəd pnevmatik tapança aşkar olunaraq götürülüb.

Baş İdarə əməkdaşlarının keçirdikləri növbəti əməliyyat zamanı Xəzər rayonu Türkan qəsəbəsində, əvvəllər məhkum olunmuş Samir Mayılov tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd “Makarov” markalı tapança və 1 ədəd patron aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində odlu silah-sursatın onlara məxsus olduğunu və polisə könüllü təhvil vermək əvəzinə üzərlərində gəzdirdiklərini etiraf ediblər.

Faktla bağlı Nicat Nəsirov və Samir Mayılov barəsində Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.

Xəbər 3538 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +