Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?
Kimlərə əsgərlikdən möhlət hüququ veriləcək?
65 yaşlı fəhlə faciəvi şəkildə öldü


27.01.2020  13:11 

Heroin satarkən saxlanıldı





A+  A-

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri ardıcıl uğurlu əməliyyat tədbirləri zamanı 7 kiloqramdan artıq narkotik vasitə və psixatrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan XəzərNews.az-a verilən xəbərə görə, Astara RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı rayonun Şahağacı kənd sakini Oktay Quliyev narkotik vasitə heroini satarkən saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı bir büküm heroin aşkarlanaraq götürülüb. Araşdırmalarla O.Quliyevin narkotik vasitəni əldə etdiyi mənbə də müəyyən edilib və həmin şəxsin Astaranın Şahağacı kənd sakini Emin Mikayılov olduğu məlum olub. E. Mikayılov 2 bükümdə narkotik vasitəni satarkən cinayət başında saxlanılıb və üzərindən əlavə olaraq 5 bükümdə heroin aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq E. Mikayılovun rayonun Şahağacı kəndində yerləşən kəndindəki yaşayış evində aparılan axtarış zamanı 5 ədəd bağlamada 6 kiloqram 40 qram narkotik vasitə tiryək, bir bükümdə 70 qram psixatrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Astara RPŞ-nin əməkdaşlarının keçirdikləri digər bir əməliyyat tədbiri nəticəsində isə şəhər sakini G. Cəfərova 1 bükümdə psixatrop maddə metamfetamini satarkən saxlanılıb. Onun yaşadığı evdən isə əlavə olaraq 2 qram metamfetamin və elektron tərəzi aşkar edilərək götürülüb. Araşdırmalarla G. Cəfərovanın Psixatro maddəni Astara şəhər sakini, əvvəllər məhkum olunmuş Siyavuş Əliyevdən əldə etdiyi müəyyən edilib. S. Əliyev 1 bükümdə metamfetamini və 1 ədəd metadon həbini satdıqdan sonra saxlanılıb. Onun üzərindən 1 bükümdə heroin, 6 bükümdə metamfetamin, yaşadığı evdən isə 1 kiloqram heroin və elektron tərəzi aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Xəbər 2980 dəfə oxunub.



28.07.2025  12:27 

Sabah 40 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +