Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?
Kimlərə əsgərlikdən möhlət hüququ veriləcək?
65 yaşlı fəhlə faciəvi şəkildə öldü


24.01.2020  20:51 

Avtomobillərin nömrələrini gizlədən sürücülər 500 manat cərimələndi





A+  A-

Bakıda avtomobilin dövlət qeydiyyat nişanlarını gizlədən sürücülər cərimələnib.
XəzərNews.az xəbər verir ki, sosial şəbəkələrdə paytaxtın 28 May küçəsində bir neçə nəqliyyat vasitəsinin Bakı Nəqliyyat Agentliyinin (BNA) kameralarından yayınmaq üçün dövlət qeydiyyat nişanlarını gizlətməsini əks etdirən görüntülər yayılıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov APA-ya açıqlamasında bildirib ki, BNA-nın müraciəti əsasında 28 May küçəsində dövlət qeydiyat nişanını gizlədən 10-a yaxın sürücü cərimələnib.

V.Əsədov həmçinin qeyd edib ki, dövlət qeydiyyat nişanının gizlədilməsinə görə cərimə məbləği 500 manatdır.

Xəbər 3174 dəfə oxunub.




28.07.2025  12:27 

Sabah 40 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +