Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


07.08.2019  08:56 

ABŞ-da yaşlı qadın kütləvi qətliamın qarşısını aldı





A+  A-

ABŞ-ın Texas ştatında nəvəsi tərəfindən planlaşdırılan kütləvi qətliamın qarşısını alan nənə əsl qəhrəmana çevrilib.
XəzərNews.az-ın “ABC News”a istinadən məlumatına görə, bir müddət əvvəl 19 yaşlı Uilyam Patrik Uilyams nənəsinə yerli otellərin birində törətmək istədiyi kütləvi qətliam planı haqda danışıb. Cavan oğlan bu məqsədlə “AK-47” (Kalaşnikov) tipli avtomat da alıb.

Lakin nənə Uilyamsı qətliam törətmək əvəzinə, onunla xəstəxanaya getməyə yola gətirə bilib. Bir qədər sonra yaşlı qadın polisə müraciət edib. Yeniyetmə əvvəlcə xəstəxanaya yerləşdirilib, daha sonra isə odlu silah aldığı vaxt yalan danışdığına görə saxlanılıb.

“Faciənin qarşısı alındı”, - prokuror Nil Koksun açıqlamasında qeyd edilib.

Uilyamsın günahı sübuta yetirilərsə, onu beş ilə qədər həbs cəzası gözləyir.

Xəbər 2969 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +