Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


25.02.2019  11:32 

Sabah bu yollar bağlı olacaq!





A+  A-

Xocalı Soyqırımının 27-ci ildönümü ilə əlaqədar sabah keçirilməsi nəzərdə tutulan yürüşlə bağlı paytaxtın bir neçə küçə və prospektində bütün avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.
Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsindən XəzərNews.az-a daxil olan məlumata görə, yürüş edənlərin Neftçilər və Bülbül prospeklərinin kəsişməsindən başlayaraq, Azadlıq meydanından keçməklə, Yusif Səfərov küçəsi ilə Xocalı prospekti “Ana fəryadı” abisədi ətrafında dövrə edib, eyni marşrutla – 28 May, A.Puşkin küçələri istiqamətində hərəkət etmələri nəzərdə tutulub. Bununla əlaqədar qeyd edilən marşrut üzrə bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq və Bakı-Ələt yolunun 14-cü km-dən və Sədərək T/M-in çıxışından 3-cü kənar dairəvi yola, 20-ci sahə dairəsindən Bayıl qəsəbəsi, Xanlar küçəsi, Dağüstü park yolu ilə Badamdar qəsəbəsinə, Bayıl qəsəbəsi - Əhəd Yaqubov və Gülbala Əliyev küçələrindən 20-ci sahə qəsəbəsinə, Bayraq Meydanı, “Dalğa plaza” inzibati binasının yanından M.Useynov küçəsinə dəyişdiriləcək.

Eləcə də Niyazi, Teymur Elçin, Lermontov, Şeyx Şamil, İstiqlaliyyət, 10-cu park, Mehdi Hüseyn küçələri də daxil olmaqla, 10-cu zavod dairəsindən Babək prospektinin Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməsindən Heydər Əliyev Mərkəzinin yanından, Xətai prospekti – Dəmirçizadə küçəsi kəsişməsindən, həmçinin Ağaoğlu, Təbriz, Koroğlu Rəhimov və Səməd Vurğun, Üzeyir Hacıbəyov, Xaqani, Puşkin, 28 May, R.Zorge, K.Səfərəliyeva, Fikrət Əmirov küçələri, Azadlıq, Bülbül, Rəşid Behbudov prospektlərindən səhər saat 07:00-dan tədbir tam başa çatanadək hərəkətin istiqamətinin dəyişdirilməsi planlaşdırılıb.

Həmçinin Hava limanı istiqamətindən cənub tərəfdən 3-cü kənar dairəvi yolla, şimal tərəfdən isə Balaxanı, Zabrat yolu ilə hərəkət tənzimlənir.

Xəbər 2879 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +