Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


05.02.2018  13:15 

Əli Həsənovdan seçkilərlə bağlı ilk şərh





A+  A-

“Növbədənkənar prezident seçkiləri həmkarlar ittifaqları qarşısında vəzifələr qoyur”.
XəzərNews.az Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V Qurultayında çıxışında Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Ə.Həsənov qeyd edib: "Bildiyiniz kimi, aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Bu seçkilər həmkarlar ittifaqları qarşısında vəzifələr qoyur. Həmkarlar ittifaqları həmişə prezident seçkilərində dövlət başçısı İlham Əliyevi dəstəkləyib və inanırıq ki, bu dəfə də öz sözlərini deyəcəklər. Sizi növbədənkənar prezident seçkilərində fəal iştirak etməyə çağırıram".

Qeyd edək ki, fevralın 5-də Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Mərkəzi Seçki Komissiyasına növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.

Xəbər 2752 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +