İmkanlı azərbaycanlılar Rusiyanı tərk edirlər
Əgər ABŞ şirkətləri ilə işləyirlərsə, bu onların işidir - Hikmət Hacıyev
Şirkətimin ofisində heç bir axtarış aparılmayıb - iş adamı
“Oleq Bakinski”yə HÖKM OXUNDU
Abşeronda yanğın oldu - Video
Allahverdi Yolçuyevin küçələrdə corab satması... - Açıqlama
Əsirlikdə işgəncələrə məruz qaldım - Məhkəmə
Pirşağı çimərliyində ölüm çuxurlarını kim qazdırır?
Sənəti küçəyə atılan məşhurlar...
Binanın altına vurulan beton yolu SIRADAN ÇIXARDI


02.05.2017  16:43 

İcra başçısı şəhid xanımını təhqir etdi - Rədd ol...





A+  A-

Bahar Əliyeva müraciətində bildirib ki, bu gün Şirvan şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalovun qəbulunda olarkən təhqir olunaraq otağından qovulub.
XəzərNews.az xəbər verir ki, bu barədə jurnalist Qadir Həziyev öz "Facebook" səhifəsində yazıb.

Xanım şikayətçi bildirib:“İndicə icra başçısının qəbulundan gəlirəm. Yoldaşım Əliyev Kamil Fazil oğlu, 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlər zamanı Ağdərədə şəhid olub. Biz 2005-ci ildən Şirvan şəhərində yataqxanada qalırıq. Ailənin 6 nəfər üzvü ilə birlikdə balaca bir otaqda yaşayırıq. Ailəni güclə dolandırıram. Özüm hər yerə iş üçün müraciət etmişəm. Lakin iş tapa bilmirəm. Dolanışıq çox çətindir. Evin hamamı yoxdur. Mərdan müəllimdən xahişə getmişdim ki, bir şəhid ailəsi kimi bizə əl tutsun. Ancaq o mənə dedi ki, məni bu mövzularla bezdirməyin. Yoldaşın şəhid olub, Allah rəhmət eləsin. Mənə görə şəhid olmayıb ki?! Bu sözü eşidəndə özümü saxlaya bilmədim. Ağlamağa başladım. Daha sonra o mənə, “zırıldama, rədd ol çölə, vaxtımı alma”, deyib qovdu”.

Xəbər 3085 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.07.2025  18:00 

“Oleq Bakinski”yə HÖKM OXUNDU

25.07.2025  17:08 

Prezident fərman imzaladı

25.07.2025  16:21 

Abşeronda yanğın oldu - Video

25.07.2025  13:08 

Sabah 40 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +