“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


13.09.2021  17:22 

Ödənişli tibbi xidmətlərin tarifləri təsdiq ediləcək





A+  A-

Bu gün Milli Məclisin Səhiyyə komitəsinin onlayn iclası keçirilib.
XəzərNews.az xəbər verir ki, iclasda komitə sədri Əhliman Əmiraslanov 2021-ci ilin payız sessiyası üçün iş planı ilə bağlı məlumat verib. O bildirib ki, qarşıdakı sessiyada “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin müzakirəsi, həmçinin “Koronavirus (COVİD-19) ilə bağlı ölkədəki mövcud vəziyyət və görülən tədbirlər”, “İcbari tibbi sığortanın tətbiqi ilə bağlı normativ-hüquqi aktlara dəyişikliklərin edilməsi”, “Onkoloji xəstələrə tibbi yardımın vəziyyəti və perspektivləri”, “Optika və optikaçılıq”, “Ürək və qan dövranı çatışmazlığı xəstəlikləri” mövzularında dinləmələrin keçirilməsi nəzərdə tutulub.

Sonra komitədə birinci oxunuşda təqdim olunan iki qanun layihəsinə baxılıb. Bildirilib ki, komitənin müzakirəsinə çıxarılan “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi icbari tibbi sığorta ilə əhatə olunmayan və dövlət tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərinin təsdiq edilməsinin hüquqi əsasının yaradılması məqsədilə hazırlanıb.

Komitə sədri qeyd edib ki, qanunun 10-cu maddəsinə edilən əlavəyə əsasən, “Tibbi sığorta haqqında” Qanuna uyğun olaraq xidmətlər zərfinə daxil olmayan və dövlət tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərini, habelə həmin qanuna əsasən sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tariflərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.

Mülki Məcəllədə, “Müflisləşmə və iflas haqqında”, “İcra haqqında”, “Banklar haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” və “Məşğulluq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi isə səhiyyədə icbari tibbi sığortanın tətbiqinin maliyyə dayanıqlığının təminatı və icbari tibbi sığorta haqlarının müəyyən məsələləri ilə bağlı hazırlanıb.

Xəbər 2410 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +