Hakan Fidandan Rusiya və Ukrayna açıqlaması
Mərkəzi Bank sabiq deputatın qızından kəlağayı alacaq
Tələbə qıza təcavüz edən 27 ildən sonra tapılıb
Təhsil real sektordan geridə qalır - Rektordan ETİRAF
Şöbə müdiri vəzifəsindən ayrıldı
Fondun icraçı direktoru təyin edildi - Sərəncam
143 milyonluq yeyinti... - Generalın cəzası azaldıldı
Qazinin vəsatəti təmin edilmədi, həbsdə qaldı
“Melissa Group”un rəhbəri ev dustaqlığına buraxılıb
Əhməd əl-Şaraanın maraqlı fotosu yayıldı


26.02.2024  21:19 

Xocalı şəhidləri Polşadakı katolik kilsəsində anılıb - Foto/Video





A+  A-

Fevralın 25-də Xocalı soyqırımı şəhidlərinin 32-ci ildönümü Polşada da qeyd edilib. Polşa Azərbaycanlıları Şurası tərəfindən Xocalı soyqırımı ilə bağlı Polşanın paytaxtı Varşava şəhərindəki “Łukasza Ewangelisty” adlı katolik kilsəsində tədbir təşkil edilib.

Xəzərnews.az xəbər verir ki, Xocalı faciəsinin qurbanları kilsədə katoliklərin “messa” saatı adlanan kütləvi ibatədi zamanı yad olunub. İbadət bitdikdən sonra kilsə keşişi Ksiądz Jan Popiel bir saata yaxın müddətdə məhz Xocalı hadisələri və soyqırım şəhidləri haqqında kilsəyə toplaşmış 250-dən çox yerli əhali qarşısında çıxış edib.

O, Xocalı soyqırımının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi ən böyük cinayətlərdən biri olduğunu deyib: “Son illər beynəlxalq ictimaiyyət bu cür faciələri təkrarlanmaması üçün münaqişə zamanı törədilmiş beynəlxalq humanitar və insan hüquqlarının ciddi şəkildə pozulması ilə bağlı həqiqətin üzə çıxarılması istiqamətində mühüm irəliləyişlər əldə etmişdir. 16 ölkə və ABŞ-ın 22 ştatı Xocalı qətliamını pisləyib. Azərbaycanlılar və onların dünyadakı dostları bu faciəli gündə insan həyatının dəyərini ucaltmaq və silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinin vacibliyini vurğulamaq üçün toplaşırlar. 1992-ci il fevralın 26-nın o qaranlıq və şaxtalı qış gecəsində həlak olanların xatirəsini ehtiramla yad edək”.

Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun Polşa təmsilçisi, Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli tədbirdə çıxış edərək yaradılan bu şəraitə görə kilsə rəhbərliyinə təşəkkür edib: “Hörmətli kilsə keşişi, Sizə Polşadakı bütün Azərbaycan icması adından dərin təşəkkürümü bildirmək istəyirəm. Dəstəyinizə, həlak olan qurbanlar üçün dualara və Azərbaycanın Xocalı şəhərində baş vermiş faciəli hadisələrin ildönümündə ibadət mərasimini keçirdiyinizə görə təşəkkür edirik. İnsan həyatının dəyərinin etnik və dini bölgüsü yoxdur. Xocalı acısı və digər hərbi cinayətlər qəlbimizdə əbədi qalacaq”.



Polşa Azərbaycanlıları Şurasının üzvləri tərəfindən yerli əhalinin məlumatlanması üçün kilsənin qarşısında Xocalı soyqırımını əks etdirən şəkillərdən ibarət sərgi nümayiş etdirilib. Eyni zamanda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə çap etdirilmiş Xocalı soyqırımı həqiqətləri haqqında 100-dən çox kitabça yerli əhaliyə paylanılıb.

Polşa Azərbaycanlıları Şurasının üzvləri tərəfindən həm polyakca, həm də ingiliscə Xocalı soyqırımı haqqında geniş məlumatlar insanlara çatdırılıb. Yerli ictimaiyyət baş verən bu hadisələrə görə təəssüf hissi keçirdiklərini və bu kimi maarifləndirici tədbirləri təqdir etdiklərini bildiriblər.

Qeyd edək ki, katolik kilsəsində kilsənin baş keşişi tərəfindən yerli əhali qarşısında Xocalı soyqırımı haqqında danışılması, bu faciəni törədənlərin sərt şəkildə qınanılması və soyqırımı qurbanlarının xatirəsinə dua edilməsi ümumi Avropa ölkələrində daha öncə baş tutmamışdır.

Bu tədbirlə Polşa Azərbaycanlıları Şurası bir ilkə imza atmış və Polşa – Azərbaycan münasibətlərinin möhkəmlənməsinə hər zaman olduğu kimi yenə öz töhfəsini vermişdir. Yerli xalqın məlumatlanması istiqamətində belə tədbirlərin təşkil edilməsi dövlətimizin xarici siyasətinə dəstək olması və qarşıdakı illərdə Polşa Respublikasının Xocalı faciəsini dövlət səviyyəsində soyqırımı kimi qəbul etməsi üçün mühüm önəm kəsb edir.














Xəbər 1303 dəfə oxunub.




14.05.2025  12:36 

Sabah gündüz 21° isti olacaq

14.05.2025  11:24 

Qubada iki nəfəri tok vurdu

14.05.2025  11:16 

Kiyevdə oteldə atışma olub


BÜTÜN XƏBƏRLƏR +