Fransa Ukraynada dron istehsal edəcək
Yük avtomobili “Volkswagen“i əzib keçdi
Deputat Sumı əhalisinin təxliyəsini təklif edib
İlon Mask Trampla bağlı paylaşımı silib
Yumruq-təpiklə vurmağa başladılar - Restoranda dava
Paşinyana qarşı impiçment prosesi başlayır
Qırğızlar Leninin ən hündür abidəsini sökdülər
Ukraynalı qadın və qızı Belçikada öldürülüb
İlon Mask Amerika Partiyası yaradır
Şübhəli bilinən 36 nəfər saxlanılıb


03.06.2025  11:28 

İran “qırmızı xətlərinin” sayını artırır - Politoloq





A+  A-

“İran getdikcə konsensus taktikasına üstünlük vermək əvəzinə yeni “qırmızı xətlər” müəyyənləşdirir və “qırmızı xətləri”nin sayını artırır”.

Bu barədə açıqlamanı XəzərNews.az-a politoloq Mübariz Əhmədoğlu verib.

M.Əhmədoğlu bildirib ki, Zəngəzur İranın “qırmızı xətti” idi, indi də nüvə proqramlarının ləğvi iddiası İranın “qırmızı xəttidir”:

“Rəsmi Tehran bəluclar və ərəblər yaşayan ərazinin İranın qalan ərazisinə söykənən hissəsini “qırmızı xətti” adlandıra bilər. 3 ada - Əbu Musa, Böyük Tomb və Kiçik Tomb da qırmızılanar. Az keçmiş kürdlərin yaşadığı ərazinin İranın qalan sərhədlərinə toxunan hissəsi “qırmızı xətt” də ola bilər və s. Bu qaydada İran yeni “qırmızı xətlər” müəyyən edərək ərazisinin böyük bir qismini itirmiş, hərbi cəhətdən zəifləmiş halda özünü görəcək. İranın daxilində baş verən proseslərdə də kardinal dəyişiklik var”.

Xəbər 586 dəfə oxunub.




05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +