Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


15.02.2023  18:21 

Bəxtiyar Hacıyev saxlanma şəraitindən şikayət edib





A+  A-

İctimai fəal Bəxtiyar Hacıyev azad edilməsi tələbi ilə 38 gündür aclıq aksiyasını davam etdirir. Çərşənbə günü Penitensiar Xidmətin Müalicə Müəssisəsində fəalın adaşı olan vəkil Bəxtiyar Hacıyev ona baş çəkib.

Vəkilin sözlərinə görə, fəalın vəziyyəti ağır olaraq qalır, onun çəkisi artıq 68 kiloqramdan azdır (saxlanıldığı zaman 84,5 kq idi). Təzyiqi və qanda şəkər səviyyəsi aşağı olduğuna görə tez-tez başgicəllənmələri olur, deyə vəkil qeyd edib.

Fəal həmçinin sıx, havalandırılmayan otaqda saxlanma şəraitindən və açıq havaya çıxarılmamasından şikayət edib. "Bu gün çıxarmağa söz veriblər", deyə vəkil əlavə edib.

"Bəxtiyar Hacıyev hələ də tibbi yardımdan, xüsusən qidalandırıcı maddələrlə sistem qoşulmasından imtina edir. Digər tərəfdən, Penitensiar Xidmətin Müalicə Müəssisəsində onu normal müayinə etmirlər", deyə vəkil bildirib. O, həmçinin deyib ki, Bəxtiyar Hacıyev professor Adil Qeybullanın ona baş çəkməsini xahiş edib"./Turan

Xəbər 1207 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +