Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


12.11.2021  16:24 

Əli Əsədov Qriqoryanla sözləşdi - MDB-nin iclasında





A+  A-

MDB Hökumət Başçılarının iclasında polemika yaşanıb.

XezerNews.az Modern.az-a istinadən xəbər verir ki, Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan iclasın formatına uyğun olmayan aqressiv çıxış edib. Azərbaycana qarşı əsassız iddialar səsləndirən erməni rəsmisi Bakıda saxlanılan diversantları “hərbi əsir” kimi qələmə verərək, tarixin arxivinə yollanmış “Dağlıq Qarabağ münaqişəsi” ifadəsini yenidən gündəmə gətirib.

İclasın sonunda söz alan Əli Əsədov Mqer Qriqoryanın əsassız iddialarına cavab verib və bundan sonra tərəflər arasında polemika yaranıb. Əli Əsədovun ardınca Qriqoryan söz alaraq yenidən qeyri-obyektiv çıxış edib.

Azərbaycanın hökumət rəhbəri erməni diversantların üçtərəfli razılaşmadan sonra Azərbaycan ərazisinə gizli yollarla daxil olduğunu, torpaqlarımızda cinayətlər törətdiyini xatırladıb. Digər tərəfdən isə, “Dağlıq Qarabağ” ifadəsinin mövcud olmadığını, yalnız “Azərbaycanın Qarabağ iqtisadi rayonu” olduğunu erməni tərəfinin diqqətinə çatdırıb.

Xəbər 1905 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +