Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


20.01.2024  01:05 

Bayden martın əvvəlinədək federal qurumların maliyyələşdirilməsi ilə bağlı qanun imzalayıb





A+  A-

ABŞ Prezidenti Cozef Bayden martın əvvəlinə qədər ölkənin federal qurumlarının maliyyələşdirilməsi ilə bağlı Konqresin hər iki palatası tərəfindən əvvəllər təsdiqlənmiş qanunvericilik təşəbbüsünü imzalayıb.

Xəzərnews.az “Report”a istinadən xəbər verir ki, bu barədə sənəd Ağ ev saytında dərc olunub.

Sənəddə bilidirlib ki, “2024-cü il yanvarın 19-da Prezident 2024-cü maliyyə ili (2023-cü ilin oktyabrın 1-də başlayıb – red.) üçün federal qurumlara təxsisatı nəzərdə tutan qanunu <...> imzalayıb”. Təşəbbüs ölkənin federal hökumətinin bəzi strukturlarının maliyyələşdirilməsinin martın 1-dək, digərlərinin isə martın 8-dək uzadılmasını nəzərdə tutur.

Xatırladaq ki, yanvarın 19-da bir sıra dövlət proqramları və departamentlərinin, o cümlədən kənd təsərrüfatı, energetika, hərbi tikinti, nəqliyyat və mənzil-tikinti sahələrinin maliyyələşdirilməsinin davam etdirilməsi haqqında analoji qanunun müddəti bitməli idi.


Xəbər 1122 dəfə oxunub.



25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +