Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


19.01.2024  22:09 

Devid Kemeron Pekinə səfər etməyi planlaşdırır





A+  A-

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron yaxın aylarda Çinin paytaxtı Pekinə səfər etməyi planlaşdırır.

Xəzərnews.az “The Times”a istinadən xəbər verir ki, bu barədə hökumətdəki mənbələr bildirib.

Onların məlumatına görə, bəzi beynəlxalq məsələlərdə ölkələr arasında fikir ayrılıqlarına baxmayaraq, Kemeron Çin rəhbərliyi ilə dialoqdan vaz keçmək fikrində deyil.

“Xarici işlər nazirinin işi bizim rəqibimiz hesab edə biləcəyimiz insanlarla qarşılıqlı əlaqədən ibarətdir”, – mənbə nəşrə bildirib.

Xatırladaq ki, ötən ilin avqustunda krallığın ovaxtkı xarici işlər naziri Ceyms Kleverli son beş ildə Çinə səfər etmiş ilk XİN başçısı olub. Səfər zamanı Kleverli çinli həmkarı Van İ və Çin Xalq Respublikasının sədr müavini Han Çjen ilə görüşlər keçirib.

Xəbər 992 dəfə oxunub.



25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +