Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


19.01.2024  03:30 

Alper Gezeravcı kosmosa yola salınıb





A+  A-

İlk Türk astronavt Alper Gezeravcı yanvarın 19-u Türkiyə saatı ilə saat 00:49 kosmosa yola salınıb.

Xəzərnews.az xəbər verir ki, Alper Gezeravcının olduğu “Dragon” kapsulu “Falcon 9” daşıyıcı raket vasitəsi ilə NASA-nın Floridadakı Kennedi Kosmik Mərkəzindən Beynəlxalq Kosmik Stansiyaya göndərilib.

“Ax-3” heyətinə türk astronavtla yanaşı, ispaniyalı astronavt Michael Lopez-Alegria, İtaliya Hərbi Hava Qüvvələrinin pilotu Valter Villadei və Avropa Kosmik Agentliyi adından isveçli kosmonavt Markus Vandt daxildir.

Türk astronavt Beynəlxalq Kosmik Stansiyada 14 gün qalacaq və 13 fərqli elmi təcrübə aparacaq. Təcrübələrin inteqrasiyası və adaptasiya işləri Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK), “Axiom Kosmos” və NASA ilə koordinasiyalı şəkildə aparılacaq.

Alper Gezeravcı Hərbi Hava Qüvvələri üzrə mühəndislik təhsili alıb. Türkiyə Hərbi Hava Qüvvələrində döyüş pilotu kimi xidmət edən polkovnikin bir çox təyyarədə 15 illik uçuş təcrübəsi var. O, həmçinin yeddi il “Türk Hava Yolları”nda kapitan pilot vəzifəsində çalışıb.

Xəbər 1173 dəfə oxunub.



25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +