Zelenski və Putin Trampı niyə məyus edir?
Pulu var, verib çıxıb da yəqin... - Zabit Nəbizadə
Hər iki ölkə əlaqələrin inkişafı üçün səy göstərməlidir - Əliyev
Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir - Pezeşkian
DSX kiçik giziri intihar edib
ANAMA-nın əməkdaşı minaya düşdü
Prezidentlərin geniş tərkibdə görüşü başlayıb
Uşaqların I sinfə qəbulu prosesi başlayır
Sabah leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyevin Pezeşkian ilə görüşü başlayıb


23.02.2023  18:10 

Ermənistanın atəşkəsi pozmaqda məqsədi nədir?





A+  A-

Münhen Təhlükəsizlik Konfransından sonra Ermənistan tərəfi fevralın 21-i və 22-də Azərbaycanın Tovuz, Naxçıvan, Kəlbəcər, Şuşa və Xocavənd istiqamətində yerləşən mövqelərinə atəş açıb.

Avropa İttifaqı missiyasının bölgəyə gəlişi ərəfəsində Ermənistan tərəfinin atəşkəsi pozmaqda məqsədi nədir?

XəzərNews.az xəbər verir ki, sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Bakupost.az-a mövzunu şərh edərkən bildirib ki, atəşkəs rejiminin pozulması bölgədə sabitliyin bərqərar olmasına, ümumiyyətlə, sülhyaratma prosesinin işə düşməsinə mane olan qüvvələr var və onlar daha çox Rusiyanın timsalında təcəssüm edir.

Qabil Hüseynlinin sözlərinə görə, Ermənistandakı revanşist qüvvələr və Qarabağ klanının nümayəndələri atəşkəs rejiminin pozulmasında əsas iştirakçılar kimi qiymətləndirilə bilər:

"Çünki onlar Rusiyanın tapşırığı ilə hərəkət edirlər. Rusiya isə Ermənistan ərazisinə Avropa Birliyinin mülki müşahidəçilərinin gətirilməsini qətiyyən istəmir. Hər vasitə ilə buna müqavimət göstərir. Hazrda atəşkəsin pozulması ilə belə bir fikir formalaşdırırlar ki, guya bu, Aİ missiyasının gəlişi ilə bağlıdır. Demək onların bölgədə olmasına müqavimət göstərən qüvvələr var. Üstəlik missiyanın gəlişi regionda gərginliyi daha da artıra bilər".

Politoloq qeyd edib ki, Rusiya onu bölgədən sıxışdırıb çıxarmağa çalışan Avropa Birliyi və ABŞ-a qarşı müqavimət göstərir:

"Bu ayın sonlarında Rusiyanın xarici işlər naziri Bakıya gələcək. Onun Bakı səfərində yəqin ki, Rusiyanın Cənubi Qafqazla bağlı planları daha nəzərə çarpacaq. Moskva bizim regionu özünün arxa bağçası hesab edir. Bu səbəbdən də Azərbaycan və Ermənistan arasında danışıqların Brüsseldə deyil, Moskvada keçirilməsi fikri Rusiya XİN-nin missiyası qarşısında duran əsas məsələlərdən biri olacaq".

Xəbər 1007 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +