Vatikan yeni Papanı bu tarixdə seçəcək
Zelenski və Putin Trampı niyə məyus edir?
Pulu var, verib çıxıb da yəqin... - Zabit Nəbizadə
Hər iki ölkə əlaqələrin inkişafı üçün səy göstərməlidir - Əliyev
Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir - Pezeşkian
DSX kiçik giziri intihar edib
ANAMA-nın əməkdaşı minaya düşdü
Prezidentlərin geniş tərkibdə görüşü başlayıb
Uşaqların I sinfə qəbulu prosesi başlayır
Sabah leysan yağacaq, şimşək çaxacaq


13.08.2021  15:08 

“Koronavirus şübhəsi olanlar metroya girişdə yoxlanılır”





A+  A-

Bu gündən etibarən Bakıda metropolitenə daxil olan bəzi vətəndaşların yoxlanılmasına başlanılıb. Polis bir neçə vətəndaşdan COVID-19 pasportunun olub-olmadığını soruşub.
XəzərNews.az-ın məlumatına görə, bu barədə Report-a danışan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, ancaq aktiv koronavirus xəstəliyi şübhəsi olan şəxslər yoxlanılır: “Bakıda metro stansiyalarına daxil olan vətəndaşlardan COVID-19 pasportu, yaxud hər hansı digər sənəd tələb olunmur".

Onun sözlərinə görə, yoxlama nəticəsində bəzi vətəndaşlar metroya buraxılmır: “Aktiv koronavirus xəstəsi olduğu şübhə doğuran şəxslərin hərarəti ölçülür və yalnız sağlamlığında COVID-19-la bağlı risk olan vətəndaşlar metropolitenə buraxılmır. Digər hallarda metropoliten stansiyalarına giriş tamamilə sərbəstdir”.

Xəbər 2464 dəfə oxunub.




28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +