Vatikan yeni Papanı bu tarixdə seçəcək
Zelenski və Putin Trampı niyə məyus edir?
Pulu var, verib çıxıb da yəqin... - Zabit Nəbizadə
Hər iki ölkə əlaqələrin inkişafı üçün səy göstərməlidir - Əliyev
Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir - Pezeşkian
DSX kiçik giziri intihar edib
ANAMA-nın əməkdaşı minaya düşdü
Prezidentlərin geniş tərkibdə görüşü başlayıb
Uşaqların I sinfə qəbulu prosesi başlayır
Sabah leysan yağacaq, şimşək çaxacaq


30.07.2018  18:53 

Son iki gündə şimal bölgəsində 35 yanğın olub





A+  A-

Siyəzən rayonunun Ərziküş, Köhnə Quşçu kəndləri və Şabran rayonunun Zöhrabkənd kəndi yaxınlığında otlaq sahədə başlamış və küləyin təsirindən meşə ərazisinə (Altıağac dövlət təbiət qoruğunun ərazisi) keçmiş yanğınların yayılmasının qarşısı alınıb.
XəzərNews.az FHN-ə istinadən xəbər verir ki, hazırda yanğın ocaqlarında müşahidə olunan tüstülənmənin qarşısının alınması üçün tədbirlər davam etdirilir.

Havanın küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirir.

İyulun 29-da tarixində Siyəzən rayonunun Qalaaltı və Şabran rayonunun Çıraqqala kəndlərinin yaxınlığında meşəlik ərazidə baş vermiş yanğınlar söndürülüb.

Hazırda yanğın ocaqlarında kəşfiyyat işləri aparılır. Mürəkkəb relyefli yüksək dağ massivində aparılan yanğınsöndürmə işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Aviasiya dəstəsinin 2 ədəd “Mi-17” helikopteri və "BE-200 ÇS" amfibiya təyyarəsi, Şimal Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Rayon İcra Hakimiyyətlərinin əməkdaşları və yerli sakinlərdən ibarət könüllülər cəlb olunub.

Qeyd edək ki, 28 iyul 2018-ci il tarixindən 30 iyul 2018-ci il tarixinədək (saat 09:00-dək) Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin ərazisində (Siyəzən, Şabran və digər rayonlarında) meşə və digər ərazilərdə 35 yanğın hadisəsi qeydə alınıb.

Yanğınlar nəticəsində 1315 ha ərazi (meşə ərazisi 5 ha, digər ərazilər 1310 ha) yanıb.

Xəbər 1883 dəfə oxunub.




28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +