Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi
“Melissa Group”un rəhbəri daha 2 ay həbsdə qalacaq
İstanbulda 6,2 bal gücündə zəlzələ baş verib


08.02.2022  18:17 

Problemləri sağ əllə sol qulağı qaşımadan həll edirlər…





A+  A-

Son 30 ildə Bakıda nəqliyyatın təşkili icra orqanlarının tərkibində hər cür idarəçilik görüb. Bu sistem Bakı Şəhər İcra Hakimiyyətinin tərkibində olub, sonra Nəqliyyat Nazirliyinin tabeçiliyinə keçib, onun ardınca Bakı Nəqliyyat Agentliyi yaradılıb, əvvəl Nazirlər Kabineti yanında, sonra avtonom şəkildə fəaliyyət göstərib. Fevralın 7-də onun sonu çatdı, nəqliyyat idarəçiliyi Bakı Şəhər İcra Hakimiyyətinə qaytarıldı.

Problem yenə həll edilməyəcək – uğurlu nümunələr göstərir ki, bu sistem sərəncamlar, göstəriş və fərmanlar əsasında fəaliyyət göstərən, hesabatlı və kollegial olmayan icra hakimiyyəti sisteminin idarəçilik imkanları xaricindədir.

Hökumət seçkili paytaxt idarəçiliyinin yaradılması zərurətini nə qədər tez qəbul etsə, belə problemlərdən daha tez can qurtarmaq mümkün olacaq. Əvvəla, qərarlar kollegial və ictimaiyyətin iştirakı ilə qəbul edildiyi üçün illərlə davam edən eksperimentlərə yer olmayacaq, hər bir qərar ictimai rəy öyrənilərək qəbul ediləcək, nəticədə səhv qərarların qəbulu riski azalacaq.

Digər tərəfdən seçkili liderlər biləcək ki, paytaxtı qışda qar, payızda-yazda yağış fəlakətindən qoruya, tıxac əsarətindən qurtara bilmədinsə, növbəti dəfə kürsü də olmayacaq. Təyin olunmuş şəxs üçün belə qorxu yoxdur. Amma seçkili orqanın taleyini həll edən əsas meyarlardan biri məhz şəhərdə nəqliyyatın effektiv təşkilidir. Məsələn, metro xətti çəkilməli ərazidə, yaxud körpü tikilməli olan hissədə bunu etmirsinizsə, həmin ərazidə səs almaqdan da əlinizi üzməlisiniz.

Əlbəttə, söhbət demokratik və şəffaf seçki nəticəsində formalaşan şəhər yerli özünüidarəsindən gedir. Bu tip yerli əhəmiyyətli məsələlərlə ali icra hakimiyyətinin, dövlət başçısının məşğul olmasına, həmin problemlərə zaman və enerji xərcləməsinə də lüzum qalmır. Vətəndaş mandatı ya verərək, ya da tutub geri alaraq həmin problemləri həll etməyə məcbur edir.

21-ci əsrin sivil toplumları problemlərini bu qədər asan, sağ əllə sol qulağı qaşımadan həll edirlər…

Rövşən Ağayev

Xəbər 5735 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +