Bakının daha iki rayonu üzrə söküntü başlayır
Vətəndaşların kartları yenə talan olundu
Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb


09.10.2019  15:21 

Rus deputatların ABŞ-a səfəri dayandırıldı





A+  A-

Rusiya Dövlət Dumasının deputatı İnqa Yumaşevanın ABŞ-da dindirilməsindən sonra rusiyalı millət vəkillərinin bu ölkəyə səfəri dayandırılıb.
XəzərNews.az-ın xəbərinə görə, bu barədə parlamentin spikeri Vyaçeslav Volodinin köməkçisi Anastasiya Kaşevarova bildirib.

“ABŞ hökuməti Yumaşevanın Nyu-Yorkda Federal Araşdırmalar Bürosu tərəfindən dindirilməsinə dolğun izahat verməsə və üzr istəməsə, bu ölkəyə səfərlər hələ ki, dayandırılacaq”, -deyə o, vurğulayıb.

Onun sözlərinə görə, Dumanın maliyyə bazarı üzrə nümayəndəsi Anatoli Aksakovun Birləşmiş Ştatlara səfəri təxirə salınıb.

“Dövlət Dumasının deputatını sorğulamaq yalnız seçicilərin və Rusiya güc stukturlarının hüququdur”, -deyə Kaşevarova qeyd edib.

Xatırladaq ki, İ. Yumaşeva ABŞ konqresi ilə danışıqlar üçün Dövlət Dumasının parlament qrupunun koordinatoru kimi ABŞ-a səfər edərək orada “Dialoq Fort

O, Nyu-Yorkda hava limanında Federal Araşdırmalar Bürosunun əməkdaşları tərəfindən saxlanlılaraq 1 saata yaxın sorğu-sual edilmişdi.

Bundan sonra Rusiya səfirliyi ABŞ Dövlət Departamentinə nota göndərmiş, Xarici İşlər Nazirliyi isə Amerika hökumətinə etiraz bildirmişdi.

Xəbər 1839 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +