Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir


12.11.2018  16:32 

Evdən pul və tir tapançası oğurlandı





A+  A-

Noyabrın 2-də Qax rayon sakini Rəcəb Nəzirovun evindən 3000 manat pul, tir tapançası, qızıl-zinət və digər məişət əşyalarının oğurlanıb.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis leytenantı Mahir Məsimovun XəzərNews.az-a verdiyi xəbərə görə, oğurluğu törətməkdə şübhəli bilinən şəxslərin Qax rayon sakinləri əvvəllər məhkum olunmuş Səbuhi Məmmədov və İmeda Qamxaraşvili olduqları müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər.

İ.Qamxaraşvilinin ətrafında aparılan araşdırmalarla onun digər cinayət əməlində də iştirakının olduğu öz təsdiqini tapıb. Belə ki, Qax rayon sakini Temur Lomaşvilinin evindən bir ədəd tir tüfəngini də oğurladığı müəyyən edilib. Oğurladıqları əşyaların bir qismi yaşadıqları evlərdən maddi sübut kimi götürülərək istintaqa təhvil verilib. Hər iki faktla bağlı Qax RPŞ-də araşdırma aparılır.

Xəbər 1582 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +