Trampın oğlu Zelenskinin həbsinin vacibliyini bəyan edib?
Teleaparıcı dodaq makiyajını nümayiş etdirdi - Foto
Abutalıbova məxsus olduğu iddia edilən şirkət parçalandı
Bağlanan “Nuxa“ restoranı “qumar kralı”nın imiş
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ!
Tanınmışlar da orduya qoşuldu
Birinci xanım olmaq istəyirid, indi boşanır
Rusiya Ukraynanın qaz infrastrukturunu vurdu
Prezident Artur Rasi-zadəni qəbul etdi
“Azəriqaz”ın əməkdaşı sakini dəmirlə vurub?


28.01.2025  17:19 

Nəsiminin məzarı Azərbaycana gətiriləcək?





A+  A-

Yaxın Şərqdə illərdir baş verən vətəndaş müharibəsi Hələb şəhərində Nəsiminin məzarı ilə bağlı azərbaycanlıların narahatlığına da səbəb olurdu. Suriyanın beynəlxalq aləmdən təcridi, eyni zamanda səngiməyən müharibə şairin məzarını ziyarət etməyə heç cür imkan vermirdi. Dekabrın əvvəli Suriyada müxalif qüvvələrin hakimiyyəti ələ alması və Bəşər Əsədin ölkədən qaçması Suriyanın mədəni həyatının da canlanmasına şərait yaratdı. Türk və azərbaycanlı jurnalistlər də Nəsiminin məzarını ziyarət etmək imkanı əldə etdilər.

İllərdir müharibəyə şahidlik edən, ancaq dağıdılmayan, Hələbdə yaşayan türklər tərəfindən qorunan məzarın ölkəmizə gətirilməsi məsələsinə isə hələ də aydınlıq gətirilməyib.

XəzərNews.az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a açıqlama verən Azərbaycan Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli deyib ki, Hələbdən Nəsiminin məzarının gətirilməsi ilə bağlı məsələlər zaman-zaman meydana çıxır.

"Desəm ki, Azərbaycan Yazıçılar Birliyində həmin məsələyə həsr olunmuş müzakirə keçirilib, bu yalan olar. Biz də cəmiyyəti maraqlandıran bu məsələ ilə bağlı aramızda zaman-zaman söhbət etmişik. Şəxsən mənim düşüncəm və mənimlə eyni fikirdə olan həmkarlarım belə hesab edirlər ki, bir məzarın, yəni insan nəşinin çıxarılıb başqa yerə aparılması İslam qaydalarına da, insanlığına da ziddir. Çünki məzarın yerləşdiyi yer konkretdir – Hələbdə Nəsiminin məzarı məqbərə içində qorunur".

Publisist onu da bildirib ki, bu cür situasiyalarda insanlar nəşi Azərbaycana gətirilən yazıçıları misal gətirirlər.

"Bu vəziyyətdə Cavid əfəndini misal gətirə bilərlər. Cavidin qəbri adi və baxımsız məzarlıqda idi. Ulu Öndərin də bundan xəbəri olduğu üçün o vaxt tapşırıq verdi və məzar tapılaraq Azərbaycana gətirildi. Yaxud da mən təşəbbüs qaldırmışdım ki, Yusif Vəzir Çəmənzəminlinin qəbri baxımsızdır, məzar su altında qalıb. Amma Nəsiminin məzarı baxımsız və pis vəziyyətdə deyil".

Belə bir yanlış düşüncə var ki, dünyanın istənilən yerində vəfat edən azərbaycanlı siyasi, elm və mədəniyyət xadimlərinin məzarı Azərbaycana gətirilsin, amma bu bir növ tarixi dəyişmək olar - deyə Elçin Hüseynbəyli bildirib:

“Nəsimin məzarı haradadırsa, bu o deməkdir ki, orada azərbaycanlının, Azərbaycan türkünün izi var. Mən şəxsən o düşüncədəyəm ki, biz həmin məzarı qorumalıyıq, ora tez-tez səfərlər etməliyik və ona sahib çıxmalıyıq. Zaman dəyişir, nəsillər dəyişir biz onların hamısına Nəsimini öyrətməli, onu tanıtmalıyıq. Nə qədər mübahisə olunsa da, o böyük islam və türk şairidir. Onu xatırlamaq üçün məzarının Bakıya gətirilməsinə ehtiyac yoxdur".

Xəbər 3096 dəfə oxunub.



20.02.2025  14:13 

Tanınmışlar da orduya qoşuldu

20.02.2025  12:49 

Keçmiş deputat həbsdə qaldı

20.02.2025  12:48 

Axundov kitabxanasında xaos?

20.02.2025  12:46 

Təyyarə qəzası: Ölənər VAR

20.02.2025  12:29 

Prezident Qalibafı qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +