İsrail ordusu Qəzzanı boşaldır
Məktəb direktorunun diplomu saxtadır? - İDDİA
Yasamalda bu yollar bağlanır - Rəsmi
AZAL “Airbus A320neo” tipli sərnişin təyyarəsi aldı
Pensiyalarda artım olacaq... - Vaxt açıqlandı
Mətbuat Xidmətinin rəhbəri böyük köməkçi oldu
Ukraynalıların əksəriyyəti Zelenskiyə güvənir – Sorğu
“Formula 1“də birinci sərbəst yürüş dayandırılıb
Milli Məclisdə referendum müzakirəsi... - Yeni çağırışlar meydana çıxır
İrandan Azərbaycana 16 kq narkotika keçirmək istədilər


17.09.2025  11:47 

Nazirlər ya telefonu götürmür, ya da... - Deputatdan sərt açıqlama





A+  A-

“Nazirlərin heç birinin fəaliyyət tempi Prezidentin tempinə uyğun gəlmir”.
“Nazirlərin heç birinin fəaliyyət tempi Prezidentin tempinə uyğun gəlmir”.

XəzərNews.az qafqazinfo-ya istinadla xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deyib.

“Nazirlər ya telefonu götürmürlər, ya da məktublarımıza gec cavab verirlər. Nəticədə bizim camaatla bağlılığımıza, onların suallarına, problemlərinə diqqətlə yanaşmağımıza mane olur. Xalqla üz-üzə qalan, yaxası əldə olan deputatdır. Nə nazir, nə komitə sədri, nə də başqasıdır... Yaxşı, ay nazir, sənə məktub yazmışam, niyə cavab vermirsən? Yaxşı, sən çox mühüm işlərlə məşğulsan. Deputatın yazdığı məktub xalqın arzusu, istəyi və problemi ilə bağlıdır, cavab verməlisən. Siz deputatdan da keyfiyyətli və səmərəli şəraitə maliksən, niyə cavab vermirsən?

Onlar da deyir ki, işimiz çoxdur. Axı sizin köməkçiniz var. Axşam qayıdıb gələndə sənə zəng edən adamların, o cümlədən deputatların adını görürsən. Bəs bu köməkçilər nədən ötrüdür? Zəng edin, görün deputat nə istəyir? Bunu edə bilərsən. Milli Məclisin plenar iclaslarının birində onların adını çəkəcəyəm. Bizim hamımız xalqa görə nazirik, deputatıq, icra başçısıyıq və s.

Sovet dövründən qalma bivec ənənə var. Məktuba bir ay ərzində cavab verirlər. Qərar qəul edək ki, Azərbaycanda məktublara 10 gün ərzində cavab versinlər”, - deyə millət vəkili qeyd edib.

Xəbər 3179 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +