Leyla və Arzu Əliyevalar sərgidə
DİN vətəndaşlara müraciət edib
Suriya qaynayır: 745 nəfər həlak olub
Biznes Universiteti bu VİDEOya görə linç edilir
Rafael Qetjiyə yenə məğlub oldu
Partizanlar Krımda yanacaq daşıyan qatarı vurdu
Xaçlar partlayış dalğalarına tab gətirə bilmir
Fuad Ələsgərov niyə görünmür?
Bu gün 58 min 732 şagird imtahan verəcək
Sabah iş günü olacaq?


15.03.2023  09:45 

“DİM narazılıqları görməməzlikdən gəlməməlidir” - Deputat





A+  A-

“Dövlət İmtahan Mərkəzi ilə yaxından və ya uzaqdan heç bir əlaqəm yoxdur. Hətta rektor işlədiyim vaxtlarda aramızda bir məsələ ilə bağlı fikir ayrılığı da olub”.

XəzərNews.az xəbər verir ki, bunu millət vəkili Ceyhun Məmmədov deyib.

O, bildirib ki, son zamanlar Dövlət İmtahan Mərkəzinin hədəfə alınmasını, ləğvi ilə bağlı fikirlərin səsləndirilməsini yanlış və bir sıra hallarda məqsədli hesab edir:

“Hər bir qurumun fəaliyyətindən, qəbul etdiyi qərarlardan kimlərsə narazı ola bilər. Ancaq bu o demək deyil qurum və ya sistem ləğv edilməlidir.

Hesab edirəm, bu gün ölkədə fəaliyyətini ən peşəkar səviyyədə quran qurumlardan biri də Dövlət İmtahan Mərkəzidir. Əgər kimsə düşünürsə ki, bu qurumun və sistemin ləğvi ilə təhsilimiz daha ağ günə çıxacaq yanılır. Onsuz da bu gün uzun illərdir yaranmış ənənələrin mərhələli və məqsədli şəkildə pozulduğunu bir sıra hallarda müşahidə edirik.

İmtahanların çətin olması fikrinə gəldikdə isə bunun hansısa məqamda və mərhələdə çətin olması fikri nəzərdən keçirilə bilər. Bu gün hesab edirəm, onsuz da ali məktəblərə qəbulu kifayət qədər asanlaşdırmışıq. Biz hamının ali təhsilə kütləvi gəlməsi barədə deyil, oxumağa həvəsi və potensialı olan insanların gəlməsi barədə düşünməliyik.

Valideynlərə və bizim dəyərli övladlarımıza gəldikdə isə bilməlisiniz ki, bu gün şəffaf şəkildə imtahan prosesində iştirak etdiyinz halda gələcəkdə fərqli vəziyyət və hallarla üz-üzə qala bilərik.

Bu gün Dövlət İmtahan Mərkəzinin ləğvini, müsabiqədən kənar qəbulu dəstəkləyən insanların niyyətləri onların heç də bu fikirdə saf və təmiz olması demək deyil. Burada çirkin məqsəd və niyyətlər də var. Bəzilərinin buna biznes gözü ilə baxması da istisna deyil. Ona görə hissə qapılaraq total hücuma keçib kimlərinsə dəyirmanına su tökməyək.

Eyni zamanda hesab edirəm, Dövlət İmtahan Mərkəzi də narazılıqları görməməzlikdən gəlməməli və qulaqardına vurmamalıdır. Əgər hansısa məsələdə obyektiv narazılıq varsa, bu ciddi təhlil edilməli nəticələr ictimaiyyətə açıqlanamlıdır. Gəlin təhsilimizi qoruyaq, onun təəssübünü çəkək”.



Xəbər 1066 dəfə oxunub.




09.03.2025  17:40 

Leyla və Arzu Əliyevalar sərgidə

09.03.2025  17:35 

DİN vətəndaşlara müraciət edib

09.03.2025  11:33 

Rafael Qetjiyə yenə məğlub oldu

09.03.2025  10:26 

Fuad Ələsgərov niyə görünmür?

09.03.2025  10:17 

Sabah iş günü olacaq?

09.03.2025  01:12 

Qarabağın oyununda dava -VİDEO

08.03.2025  14:52 

Donetskdə matəm elan edildi

08.03.2025  12:43 

İstilər başladı...


BÜTÜN XƏBƏRLƏR +