Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


19.03.2017  17:41 

Avtomobil idxalında artım qeydə alınıb





A+  A-

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 1 003 ədəd avtomobil idxal olunub.
XəzərNews.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin yaydığı xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 182 ədəd yaxud 22,17% çoxdur. Hesabat dövründə ölkəyə gətirilmiş avtomobillərin 852-si və yaxud 85%-ni əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri təşkil edib. Son bir ildə bu növ avtomobillərin idxalı 115 ədəd yaxud 15,6% artıb. Sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 4 ədəd və yaxud 44,4% azalaraq 5-ə düşüb, yük avtomobillərinin idxalı isə 72 ədəd və yaxud 2,1 dəfə artaraq 139-a çatıb. Xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalında isə azalma olub və bu rəqəm ötən ilin yanvar-fevralı ilə müqayisədə 1 ədəd və yaxud 12,5% azalaraq 7 olub.

Xəbər 3504 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +