Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto
Ekspert imtahan dəyişikliklərini tənqid etdi
Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım
Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?
Xəzərdə bir narkotik qaçaqmalçısı öldürüldü
Ukrayna rusiyalı iş adamının aktivlərini blokladı
Ukrayna PUA-ları Stavropolda kəşfiyyat obyektini vurdu
Məzahir Pənahov oğluna Los - Ancelesdə milyonluq villa alıb - Foto
MSK sədrinin oğlu arvadını vəhşicəsinə döyüb


14.08.2023  11:52 

Ət yenə bahalaşacaq...- Proqnoz





A+  A-

Daxili bazarda qiymətlər durmadan artır. Bunun obyektiv və subyektiv səbəbləri var. Amma bir reallıq da var ki, yay başa çatandan sonra bır sıra yerli məhsullar ənənəvi olaraq bahalaşır. Elə isə növbəti ayda hansı məhsulların qiymətində artım olacaq?

XəzərNews.az Bizim.media-ya istinadla xəbər verir ki, Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli son vaxtlar şəkər tozunun qiymətində kəskin artımı vurğulayıb:

“Bu qiymət artımı növbəti aylarda da davam edəcək. Çünki dünyada və ölkəmizdə şəkər istehsalı azalıb. Düyü dünya bazarında xeyli bahalaşıb. Bu da ölkəmizdəki qiymətlərə öz təsirini göstərməkdədir. Yəqin ki, yaxın vaxtlarda daxili bazarda düyünün qiyməti xeyli yüksələcək.

Bundan əlavə, “Taxıl sazişi” də pozulub. Buna görə də dünya bazarında ərzaqlıq buğdanın qiyməti artmağa başlayıb. Eyni zamanda, bitki yağlarının qiymətində artım müşahidə olunur. Payıza doğru həm ərzaqlıq buğdanın, həm də bitki yağlarının qiymətinin artacağı gözlənilir. Bir sözlə, idxal etdiyimiz bir çox ərzaq məhsulları sentyabrdan başlayaraq bahalaşacaq”.

Akif Nəsirli qeyd edibn ki, hazırda ölkə daxilində istehsal olunan məhsullardan yalnız şəkər tozunun qiymətində artım var:

“Amma düyü, kərə və bitki yağlarının bahalaşması dünya bazarındakı proseslərlə bağlıdır. Nəzərə alaq ki, Azərbaycan bazarı kiçik olduğundan yan təsirlərə daha çox məruz qalır. Bundan əlavə, müəyyən sahələrdə olan inhisarçılıq qiymətlərin süni artımını şərtləndirir.

Məsələn, dünya bazarında hansısa məhsulun qiymətinin artdığı barədə səslənən istənilən fikirdən yararlanan yerli işbazlar da anındaca qiymətləri artırırlar. Halbuki, dünya bazarında qiyməti artmış məhsulun ölkəmizə gəlib çıxması bir neçə ay çəkir.

Amma işbazlar bunu gözləmir, informasiyanı eşidən kimi hərəkətə keçirlər. Bundan başqa, yeni mövsüm başa çatdığı üçün bir sıra yerli kənd təsərrüfatı məhsullarının qiymətində sıçrayışlar olacaq. Gözlənilir ki, ət gələn aydan xeyli bahalaşsın”.

Xəbər 1561 dəfə oxunub.




02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +