Sabah leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyevin Pezeşkian ilə görüşü başlayıb
Pezeşkian Bakıda: Rəsmi qarşılanma mərasimi olub
Bu yolda sürət həddi 20 km/saat endirilib
Pezeşkianın Bakı səfərində dəyişiklik
Nazirlik 492 müəllimi işdən çıxartdı
“VMR Klinikası”nın rəhbəri ilə bağlı ilginc faktlar
Rusiya heç bir hazırlıq nümayiş etdirmir - Zelenski
KOBİA İdarə Heyətinin sədrinə I müavin təyin edildi
Ermənilər mövqelərimizi atıcı silahlardan atəşə tutub


06.05.2021  09:24 

Blinken Kiyevdə səfərdədir





A+  A-

ABŞ-ın dövlət katibi Entoni Blinken Kiyevə səfər edib.
XəzərNews.az “Strana” nəşrinə istinadən xəbər verir ki, səfərin məqsədi Birləşmiş Ştatlar tərəfindən Ukraynanın dəstəklənməsini nümayiş etdirmək, bir sıra məsələləri, o cümlədən Kiyevə silah tədarükünü müzakirə etməkdir.

Blinkenlə birlikdə dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland da Ukraynanın paytaxtındadır. ABŞ xarici siyasət idarəsinin məlumatına görə, dövlət katibini səfərdə onun Avropa və Avrasiya işləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker də müşayiət edir.

Blinkenin səfəri çərçivəsində əsas tədbirlər cümə axşamı gününə planlaşdırılıb. Ukrayna KİV-in yazdığına görə, mayın 6-da səhər dövlət katibi Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə danışıqlara başlayacaq, bundan sonra ölkənin Baş naziri Denis Şmıqalla görüş keçirərək. Daha sonra onun Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşü planlaşdırılıb və onun nəticələrinə görə birgə mətbuat konfransı keçiriləcək.

Cümə axşamı günü Kiyevdə Blinkenin iştirakı ilə virtual rejimdə Ukrayna ictimaiyyətinin nümayəndələri ilə dəyirmi masa keçiriləcək. Bundan başqa, o, ABŞ səfirliyinin əməkdaşları ilə görüşəcək.

Xəbər 2000 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +