İsveçdə atışma: Həlak olanlar var
Bağ evlərinin satış və kirayə qiymətləri artıb-VİDEO
Hindistan və Pakistan arasında hərbi toqquşmalar başlayıb
Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır
Kommunal xidmətlər üzrə vahid abunəçi kodu yaradılır
Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...
Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib


30.11.2017  13:11 

İcbari tibbi sığortanın məbləği aşağı olacaq





A+  A-

İlkin mərhələdə icbari tibbi sığortanın məbləği aşağı olacaq.
XəzərNews.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Baş nazirin müavini Əli Əhmədov bu gün keçirilən mətbuat konfransında deyib.

Ə.Əhmədov bildirib ki, icbari tibbi sığorta ilə bağlı Mingəçevir və Yevlaxda tətbiq edilən pilot layihələrə münasibət müsbətdir: "Tibbi xidmətlər üçün müraciətlərin sayı çox olub. Bu da tibbi xidmətlərin ödənişsiz və yüksək səviyyədə olması ilə bağlıdır”.

Baş nazirin müavini bildirib ki, gələcəkdə münasib icbari tibbi sığorta modeli yaradılacaq və tətbiq ediləcək: "Əhalinin müəyyən kateqoriyalarının, yəni pensiyaçıların, əlillərin icbari tibbi sığorta haqqı dövlət tərəfindən ödəniləcək, işləyən və imkanı olan insanlar isə sığorta haqqını özləri ödəyəcəklər. Sığorta haqqı məsələsi araşdırılır, hesablamalar aparılır. Başqa ölkələrdə icbari tibbi sığorta haqqı pensiya fonduna ödənilən məbləğdən aşağı deyil. Amma bizim cəmiyyətimiz bu qədər tibbi sığorta haqqının ödənilməsinə hazır deyil. Avropa ölkələrində sığorta haqqı əməkhaqqı fondunun 14 faizinə qədərdir. Biz bu qədər tətbiq edə bilmərik, ancaq elə edəcəyik ki, ortaq məxrəc tapılsın, bu məbləğ həm keyfiyyətli xidmət göstərmək üçün kifayət etsin, həm də sığorta ödəyənlərə yük düşməsin”.

Baş nazirin müavini qeyd edib ki, ilkin mərhələdə icbari tibbi sığortanın məbləği aşağı olacaq: "Yəni Avropa ilə müqayisədə simvolik olacaq. Amma gələcəkdə insanları rifahı yaxşılaşdıqca, sahibkarlıq inkişaf etdikcə sığortanın məbləğinə yenidən baxılacaq".


Xəbər 1627 dəfə oxunub.




29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO

29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +