Deyəcəksiniz ki, yox, bu hara, o hara?
Volkan Konak vəfat edib
Prezident 31 Martla bağlı paylaşım edib
Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb


07.11.2023  09:14 

Zəfər Günü... - Bu yollar bağlanacaq





A+  A-

Zəfər Günü münasibətilə səhər saat 09:00-dan saat 13:00-a qədər Bakı şəhərinin müxtəlif küçə və prospektlərində hərbi orkestrin müşayiəti ilə şəxsi heyətin yürüşü nəzərdə tutulur. Bununla bağlı paytaxtda bəzi küçə və prospektləri müvəqqəti bağlı olacaq.

Bu barədə Xəzərnews.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəsmisi Araz Əsgərli məlumat verib.

O bildirib ki, tədbirlər bir neçə marşrutlar üzrə nəzərdə tutulub:

“Birinci marşrut Heydər Əliyev sarayı, Bülbül prospekti, Nizami Kino Mərkəzi, Neftçilər prospekti, Azadlıq meydanı, “Amay” Ticarət Mərkəzi, ikinci marşrut Şəhidlər xiyabanı, Alov Qüllələri kompleksi, İçərişəhər metrosu, Qala Qapısı, Azərbaycan Dövlət Kukla teatrı, “Azneft” dairəsi, “Bəhram Gur” heykəli, üçüncü marşrut Q.Musabəyov parkı, Əbdürrəhman bəy Haqverdiyev küçəsi, Hüseyn Cavid prospekti, Hüseyn Cavid parkı, Parlament prospekti, Şəhidlər Xiyabanı, dördüncü marşrut “Olimpik Star” İdman və Əyləncə Mərkəzi, Səməd Vurğun küçəsi, Zabitlər parkı, Bakı Dövlət Sirki, Heydər Əliyev Sarayı, İ.Nəsimi heykəli, Neftçilər prospekti istiqamətində olacaq”.

A.Əsgərli vurğulayıb ki, sözügedən küçə prospektlərdə hərbi orkestrin müşayiəti ilə şəxsi heyətin yürüşü müddətində yollar bağlı olacaq:

“Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Zəfər Günü münasibətilə hər bir hərəkət iştirakçısını, vətəndaşlarımızı təbrik edir, onlardan qeyd olunan istiqamətlər üzrə qalib ordumuzun orkestrlə nümunəvi yürüşünə dəstək olmalarını, yəni tədbirin yüksək səviyyədə təhlükəsiz şəraitdə keçirilməsi üçün həmin istiqamətlərdə avtomobillə yola çıxmamalarını xahiş edirik”.

Xəbər 997 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

31.03.2025  09:31 

Volkan Konak vəfat edib

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +