Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu


06.11.2023  11:35 

Vaqif Xaçaturyan türmədə intihara cəhd edib... - Məhkəmə





A+  A-

Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunanlardan biri - Vaqif Xaçaturyanın cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Xəzərnews.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, prosesdə iş üzrə sonuncu şahid- ehtiyatda olan polkovnik Azay Kərimov ifadə verib.

Şahidin sözlərinə görə o, SSRİ qoşunlarından Qarabağa xidmətə göndərilib. O, V.Xaçaturyanı tanıdığını, onun Sarkisyan, Koçaryan, Balasanyan və digərləri ilə birləşib insanları milli münaqişələrə cəlb etdiyini deyib:

“Mən baş leytenant rütbəsində SSRİ qoşunlarından gəlmişdim. Şuşa post patrulunun qərərgah rəisi olmuşam. O vaxt milli münaqişələr törədən insanlar var idi. Balasanyan, Sarkisyan, Xaçaturyan erməni camaatını mitinqlərə cəlb edirdilər. Samvel Babayan var idi. O da bir nömrəli fiqur idi. İnsanları öldürürdülər. Koçaryanın iki komandası var idi. Onlar kəndə daxil olub, mitinqlərə qoşulmayan azərbaycanlıları güllələyirdiıər. İkinci komanda da səngərdən qaçan camaatı güllələyirdi. Səngərdən qaçanlara zülm edirdilər. Buna biz Vaqif deyirik, Qarabağ erməniləri ona Vaqi deyirdilər. O vaxt milli münaqişələrə cəlb edənlərdən Vaqif də var idi. Biz onu tutub gətirdik Şuşa türməsinə. Bir neçə ay sonra oradan çıxıb getdi, Meşəli hadisələrini törətdi.

Ramil Usubov o vaxt cinayət axtarış şöbəsinin rəisi idi. Dağlıq Qarabağda yaşayan ermənilərin 95 faizi Usubova işləyirdi. Biz əməliyyat tapşırığı alıb gedirdik. Biz birbaşa ünvana gedirdik”.

Şahidin dediyinə görə, V.Xaçaturyan türmədə intihara cəhd edib: “Dedilər damarını dişi ilə kəsib. Onu gətdirdik Şuşa xəstəxanasına. Gecə gördüm ki, dişi ilə tikişi sökməyə çalışır. Bu o vaxt özü özünə hökm oxumaq istəyirdi”.

Xəbər 988 dəfə oxunub.




30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +