Mehriban Ələkbərzadə: Mən ev vermirəm...
Boş sənsən, Erkin Hüseynov!
Üç yaşlı Timofey ölüb
Sahibkar Bakıda: Yağımız da xaricdən gəlir
İcra başçısının oğlu bu küçədə parkinqə qadağa qoydu - Foto
Saleh Məmmədov yola salınır?
Şagird direktor tərəfindən döyüldüyünü iddia edir
Rusiya Ukrayna ərazisinə 92 “Şahed” göndərdi
Seyran Məmmədova yeni vəzifə verilib
Faktiki hava açıqlandı - Duman var


28.09.2021  14:21 

“Əcəb etmişik” - Bu rayonun İcra başçısı təşviş içində - Video





A+  A-

Oğuz rayon Şəhidlər Xiyabanında şəhidlərin məzarı üzərindən əklillərin zibilliyə atılmasıyla bağlı yaranmış qalmaqal böyüyür. İcra Hakimiyyətinin günlərdir apardığı araşdırma “nəticə” verib.

İcra Hakimiyyətindən saytımıza bildirilib ki, guya, Şəhidlər Xiyabanında təmir işləri getdiyi üçün başçı müavini Etibar Yusifov kommunal xidmət işçilərinə əklilləri götürüb məktəbə yerləşdirməyi tapşırıb: “Kommunal xidmət işçiləri isə həmin əklilləri açıq bir sahəyə yığıblar. Həmin vaxt külək olduğu üçün əklil və bayraqlar ətrafa dağılıb”.

Maraqlıdır, əgər bunun dəqiq cavabı var idisə, günlərdir, nəyin araşdırması aparılırdı? Belə çıxır ki, günah küləkdə imiş. Halbuki şəhid valideynləri şəhidlərin məzarı üzərindən təzə-tər əklillərin və bayraqların götürülərək, zibilliyə atılmasının səbəbini İcra Hakimiyyətindən öyrənməyə çalışanda Etibar Yusifov onlara “əcəb etmişik” cavabını vermişdi.

Oğuz İH bu gün daha bir açıqlama ilə məsələdən yayınmaq istəyib.
İcra başçısının digər müavini Yusif Naxçıvanskinin verdiyi məlumata görə, ötən gün rayonda möhtəşəm tədbir keçirilib və şəhid ailələrindən əklil məsələsinə görə üzr istənib.
Ötən gün İcra Hakimiyyəti Anım Günü tədbiri keçirsə də, şəhidlərə qarşı hörmətsizliyə görə heç bir şəhid valideynindən üzr istənilməyib və ümumiyyətlə, bu məsələ ilə bağlı heç bir məlumat verilməyib.

Digər bir məlumata görə, Prezidentin yaxın zamanda Oğuza səfəri gözlənildiyindən İcra Hakimiyyəti təşvişə düşüb. İcra başçısı rayonda baş verən bu biabırçı hadisənin Prezidentə çatdırılmasından narahatdır.

Buna görə də, hazırda İH-da siyahı hazırlanır və Prezidentlə görüş üçün dəvət ediləcək şəhid ailələri müəyyənləşdirilir. Bu siyahıya isə üzərindən əklillər və bayraqlar götüzdürülən şəhidlərin valideynləri salınmayıb. /Bakupost.az/


XəzərNews




Xəbər 2919 dəfə oxunub.




05.04.2025  14:19 

Boş sənsən, Erkin Hüseynov!

05.04.2025  14:13 

Üç yaşlı Timofey ölüb

05.04.2025  14:02 

Moskvada oxumaq trendlikdir?

05.04.2025  13:52 

Saleh Məmmədov yola salınır?

04.04.2025  13:08 

Danimarka ABŞ-a qarşı


BÜTÜN XƏBƏRLƏR +