Mehriban Ələkbərzadə: Mən ev vermirəm...
Boş sənsən, Erkin Hüseynov!
Üç yaşlı Timofey ölüb
Sahibkar Bakıda: Yağımız da xaricdən gəlir
İcra başçısının oğlu bu küçədə parkinqə qadağa qoydu - Foto
Saleh Məmmədov yola salınır?
Şagird direktor tərəfindən döyüldüyünü iddia edir
Rusiya Ukrayna ərazisinə 92 “Şahed” göndərdi
Seyran Məmmədova yeni vəzifə verilib
Faktiki hava açıqlandı - Duman var


26.04.2017  13:36 

Neftçalada İcra başçısı sahibkarlara bu yolla divan tutur





A+  A-


Faktiki olaraq sahibkarı “soyub soğan qabığına göndərən” İsmayıl Vəliyev həm də balığın bazarda ən azından 80-90% bahalaşmasına səbəb olur.

Neftcala rayon Icra Hakimiyyəti bascısı İsmayıl Vəliyev sahibkarlara divan tutmaqda davam edir. İsmayıl Vəliyev sahibkarlara qənim kəsilməklə təkcə prezidentin tapşırıqlarına və tələblərinə qarşı çıxmır, həm də eyni zamanda sahibkarlara zülm və sitəm etməklə böyük pullar da qazanır. Misal üçün Neftçala sahibkarlarından aldığımız ən son məlumata görə İsmayıl Vəliyev çox asanlıqla iki həftə ərzində 2 milyon manat qazanmağı planlayıb və böyük ehtimalla icra başçısı bu pulu qazanacaq.

Neftçaladan bir qrup balıq yetişdirən sahibkar saytımız vasitəsi ilə ölkə rəhbərliyinə müraciət edərək İsmayıl Vəliyevin onları “soğan qabığı kimi soymasına” “dur”, deyilməsini xahiş edirlər.

Qeyd edək ki, Neftçala rayonu ölkənin balıqla təminatında əsas yerlərdən birini tutr. Yəni bu çox vacib ərzaq məhsulunun yetişdirilməsi və insanlarımızın süfrələrinə çatdırılması üçün çalışırlar. Yetişdirilən balığın böyük əksəriyyət hissəsi isə süni gölməçələrdə yetişdirilir. Hazırda mövsüm başlayır və sahibkarlar gölməçələrə kiçik balıqları buraxırlar. Təbii ki, balıqları suya buraxmaq üçün gölməçələrə su vurulmalıdır. Lakin balıq yetişdirən və ölkəni kənd təsərrüfatı malları ilə təmin edən sahibkarlar qanuni yolla bu gölməçələrə su vura bilmirlər . Çünki Neftçala Suvarma Sistemləri İdarəsi onlara su verməkdən imtina edir. Daha doğrusu su istəyənə açıq-açıq icra başçısının tələbini söyləirlər. Tələb isə çox konkret və açıqdır. İsmayıl Vəliyev balıq yetişdirilən gölməçələrə su vurulması üçün hər bir hektara görə 200 manat pul istəyir. Pulunu verən suyunu alır, verə bilməyən isə ala bilmir. Hər şey bu qədər bəsit və bu qədər konkretdir.

Xatırladaq ki, Neftçala rayonunda balıq yetişdirmək üçün 10 min hektardan artıq süni gölməçə fəaliyyət gösətir. Hər bir sahibkar rentabelli işləmək üçün minimum 50 hektarı əhatə edən süni gölməçədə balıq yetişdir. Və adi riyazi hesablama da göstərir ki, 50 hektar süni gölməçəni suyla doldurmaq üçün sahibkar icra başçısna 10 min manat verməlidir. Toplam rəqəm isə 2 milyon manatdan artıq edir. Etiraf etməliyik ki, hər bir sahibkarın dövlət rüsumundan savayı icra başçısına bu qədər pul verməyə zorlanması son nəticədə balığın bazarda çox bahalaşmasına səbəb olur. Və hər bir sahibkar tələb olunan bu pulu ödəyə bilmir. Yəni faktiki olaraq sahibkarı “soyub soğan qabığına göndərən” İsmayıl Vəliyev həm də balığın bazarda ən azından 80-90% bahalaşmasına yol açır.

Bu da təbii ki, ölkə prezidenti İlham Əliyevin məmurlara və icra başçılarına sahibkalara maeə olmamaq və onlara yardımçı olmaq barədə dəfələrlə verdiyi tapşıqılara və etdiyi xəbərdarlıqlara tamamilə ziddir. Və bu zaman təbii olaraq ortaya sual çıxır. Ölkə prezidentinin tapşırıq və xəbərdarlıqlarına məhəl qoymayan Neftçalarının icra başçısı kimin tapşırıqlarına əməl edir? Bu sualın cavabını yəqin ki, İsmayıl Vəliyev bilir…

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

(politico.az)


Xəbər 2019 dəfə oxunub.




05.04.2025  14:19 

Boş sənsən, Erkin Hüseynov!

05.04.2025  14:13 

Üç yaşlı Timofey ölüb

05.04.2025  14:02 

Moskvada oxumaq trendlikdir?

05.04.2025  13:52 

Saleh Məmmədov yola salınır?

04.04.2025  13:08 

Danimarka ABŞ-a qarşı


BÜTÜN XƏBƏRLƏR +