Mehriban Ələkbərzadə: Mən ev vermirəm...
Boş sənsən, Erkin Hüseynov!
Üç yaşlı Timofey ölüb
Sahibkar Bakıda: Yağımız da xaricdən gəlir
İcra başçısının oğlu bu küçədə parkinqə qadağa qoydu - Foto
Saleh Məmmədov yola salınır?
Şagird direktor tərəfindən döyüldüyünü iddia edir
Rusiya Ukrayna ərazisinə 92 “Şahed” göndərdi
Seyran Məmmədova yeni vəzifə verilib
Faktiki hava açıqlandı - Duman var


24.02.2017  15:25 

Vəfat edən əsgərin atası şikayət etdi - Dəfn üçün ayrılan pul verilmir





A+  A-

2017-ci ilin yanvarın 14-də N saylı hərbi hissədə ürək tutmasından dünyasını dəyişən əsgər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən rayon şöbəsindən xidmətə çağırılmış Məmmədov Famil Şamil oğlunun valideynləri şikayət ediblər.
XəzərNews.az-ın məlumatına görə, vəfat edən əsgərin atası Məmmədov Şamil Kamil oğlu Femida.az-a açıqlamasında deyib ki, oğlu vəfat etdikdən sonra SHXÇDX-nın Balakən rayon şöbəsi əsgərin dəfni üçün nəzərdə tutulan 3000 (üç min) manat məbləğində maliyyə yardımı verməkdən imtina edib. Vəfat edən əsgərin yaxınları ailə vəziyyətlərinin acınacaqlı durumda olduğunu və yas mərasimi üçün xərclərin ödənilməsi üçün imkanlarının olmadığını deyirlər.

SHXÇDX-nın Balakən rayon şöbəsinin rəisi Fuad Cəniyev sayta açıqlamasında həlak olan əsgərin ailəsinə pulun onlar tərəfindən ödənilməyəcəyi cavabını verib: “Həmin əsgərin ailəsinə müxtəlif köməklər olub. Amma qeyd etdiyiniz 3000 manat pulu biz yox, Müdafiə Nazirliyi ödəməlidir.”

Saytın məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mətbuat Xidmətinə verdiyi sorğuya isə fərqli cavab verilib və 3000 manat məbləğində maliyyə yardımının ailəyə ödəniləcəyi qeyd olunub. “Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 sentyabr 2016-cı il tarixli 374 nömrəli qərarına əsasən Silahlı Qüvvələrin Qarnizon və qarovul xidmətləri Nizamnaməsinin 16 saylı əlavəsinin 1.7-ci maddəsinə uyğun olaraq, dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasiminin təşkili üçün 3000 (üç min) manat məbləğində maliyyə yardımının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilməsi barədə qərar qəbul edilmişdir.

Əlavə olaraq nəzərinizə çatdırırıq ki, maliyyə yardımının qeyd olunan kateqoriyalardan olan şəxslərə ödənilməsi məqsədi ilə Maliyyə Nazirliyi tərəfindən vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Maliyyə vəsaiti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hesabına köçürüldükdən sonra maliyyə yardımının ödənilməsi tərəfimizdən təmin olunacaqdır.”

Xəbər 4566 dəfə oxunub.




05.04.2025  14:19 

Boş sənsən, Erkin Hüseynov!

05.04.2025  14:13 

Üç yaşlı Timofey ölüb

05.04.2025  14:02 

Moskvada oxumaq trendlikdir?

05.04.2025  13:52 

Saleh Məmmədov yola salınır?

04.04.2025  13:08 

Danimarka ABŞ-a qarşı


BÜTÜN XƏBƏRLƏR +