Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


06.10.2020  10:22 

“Hakimiyyəti qanunsuz olaraq ələ keçirmək cəhdi olub” - Qırğızıstan Prezidenti





A+  A-

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov oktyabrın 6-na keçən gecə ölkədə bəzi siyasi qüvvələrin qanunsuz olaraq hakimiyyəti ələ keçirməyə cəhd etdiyini açıqlayıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

“Dünən gecə bəzi siyasi qüvvələr qanunsuz olaraq dövlət hakimiyyətini ələ keçirməyə çalışıb. Seçki nəticələrini bəhanə edərək ictimai asayişi pozublar”,- deyə məlumatda qeyd olunub.

Prezidentin Mərkəzi Seçki Komissiyasına pozuntuların hərtərəfli araşdırılmasını və lazım gəldikdə, 4 oktyabrda keçirilmiş parlament seçkilərinin nəticələrinin ləğv edilməsini təklif etdiyi bildirilib.

“Siyasi partiyaların liderlərini tərəfdarlarını sakitləşdirməyə və onları cəmləşdikləri yerlərdən çəkilməyə çağırıram. Bütün həmvətənlərimi sülhü qorumağa və təxribatçı qüvvələrin çağırışlarına qulaq asmamağa çağırıram”,- deyə Jeenbekov bildirib.

Qeyd edək ki, Bişkekdə iğtişaşlar nəticəsində xəsarət alanların sayı 590 nəfərə çatıb. Etiraz aksiyası keçirən insanlar Dövlət Milli Təhlükəsizlik Komitəsinin İstintaq Təcridxanasında həbsdə olan keçmiş Prezident Almazbek Atambayevi, həmçinin Moldovanovka kəndindəki koloniyada həbsdə olan keçmiş Baş Nazir Sapar İsakovu azadlığa buraxıblar. Bundan başqa, parlamentin nümayişçilər tərəfindən zəbt olunmuş binasında yanğın baş verib.

Xəbər 2058 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +