Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


08.11.2019  17:05 

4G “Nar” şəbəkəsi artıq Zərdabda!





A+  A-

Abunəçilərini yüksəkkeyfiyyətli 4G şəbəkəsi ilə təmin edən “Nar” bütün ölkə ərazisində əhatə dairəsini genişləndirməyə davam edir.
XəzərNews.az xəbər verir ki, mobil operator daha bir rayonda –Zərdabda ilk dördüncü nəsil LTE texnologiyasına əsaslanan baza stansiyasını quraşdırıb.

Bununla da, “Nar” 4G texnologiyalı baza stansiyalarını Azərbaycanın 54 regionunda quraşdırmağa nail olub. Hazırda mobil operatorun regionlarda quraşdırdığı 4G baza stansiyalarınını sayı 1400-dən çoxdur.

Qeyd edək ki, “Nar” Bakı və Abşeron yarımadası ilə yanaşı, bölgələrdə yaşayan abunəçilərinə də xüsusi diqqəti ilə seçilir və regionlarda da 4G baza stansiyalarının sayını sürətlə artırır. Hazırda ölkə əhalisinin 92%, ölkə ərazisinin isə 74,3%-i (işğal olunmuş ərazilər istisna olmaqla) “Nar”ın yüksəkkeyfiyyətli 4G şəbəkəsindən yararlanır.

Eyni zamanda, “Nar” Azərbaycanın ucqar kəndlərini belə mobil rabitə xidmətlərilə təmin edir. Mobil operatorun 4G istifadəçilərinin 67%-i Bakının, 33%-i isə regionların payına düşür. Hazırda “Nar” 8600-dən çox baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Mobil operatorun şəbəkəsi haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.

Xəbər 1368 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +